“Azərbaycanın Ukraynaya yardımı güclü bir gedişdir"
Yusif Nəzərli
04:31 19.07.2023
Aktual
434
Natiq Cəfərli: “Mesaj ondan ibarətdir ki, Moskva rəsmi Bakının maraqlarına zidd davranışlardan uzaq durmalıdır”
Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün vəsait ayrılıb. Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Məlumat üçün bildirək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb. Azərbaycan Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Ancaq Ukraynaya bir neçə dəfə humanitar yardım etdiyini açıqlayıb. Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk bildirib ki, dost ölkə olan Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edir: "Bu, artıq Ukrayna üçün qiymətli yardımın növbəti partiyasıdır". Kondratyuk qeyd edib ki, ötən ilin sonunda Azərbaycan Ukraynanın ehtiyacları üçün 45 transformator və 50 güclü generator göndərib. Həmin vaxt göstərilən yardımın ümumi məbləği isə 17,5 milyon dollardan artıq olub. Azərbaycan, həmçinin müalicə üçün onlarla ukraynalı uşağı qəbul edib və İrpendə Rusiyanın müdaxiləsi nəticəsində dağıdılmış Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tam bərpa edib. O.Kondratyuk Ukraynaya humanitar yardım göstərilməsi üzrə səylərinə və dəyişməz mövqeyinə görə rəsmi Bakıya səmimi-qəlbdən təşəkkür edib: “Azərbaycanın lideri İlham Əliyev humanitar yardımın yeni partiyasına vəsait ayrılmasına dair qərarı ilə ölkələrimiz arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdi. Bu, Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən daha çox etibarlı və sistemli dəstəyə ehtiyacı olduğu bir vaxtda çox vacibdir. Cənab Prezident, sağ olun!”.
ReAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli də "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan etibarən Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardımlar edib.
Ekspert vurğulayıb ki, hətta Kiyevə texniki yardımlar da göndərilib:
"Ukrayna elektrik enerjisi ilə təminatda ciddi problemlər yaşadıqda Azərbaycan Prezidentinin göstərişi ilə Ukraynaya generatorlar yollanılıb. Yəni Ukraynaya yardımlar mütəmadi edilir və təbii ki, bunun da səbəbləri var. Səbəb odur ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı davranışları, XİN-in açıqlamaları Azərbaycanı qane etmir. Bu, rəsmi Bakının Moskvaya təzyiq rıçaqlarından biridir və məncə, doğru addımdır. Digər məqam odur ki, Avropa Şurasında Azərbaycan əleyhinə hansısa müzakirələr olduqda Kiyevi təmsil edən nümayəndələr Bakının mövqeyini müdafiə edirlər. Bəlkə bu müdafiə o qədər açıq görünmür, amma beynəlxalq müstəvidə önəmi var. Ukrayna dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb. Məsələni bu nöqteyi-nəzərdən də qiymətləndirmək lazımdır. Əsas məqam isə odur ki, Azərbaycan bu addımları ilə Rusiyaya mesaj verir. Bəyan edir ki, Moskva rəsmi Bakının maraqlarına zidd davranışlardan uzaq dursun. O baxımdan bu qərar həm humanitar, həm də siyasi-diplomatik cəhətdən güclü bir gedişdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat