
Azərbaycanın yeni əməliyyatlar keçirəcəyi ehtimalları çoxalır
Yusif Nəzərli
07:40 20.10.2022
Aktual
360
İndi ən çox gərginlik sərhədin Daşkəsən zolağında müşahidə edilməkdədir
"Hər nə olursa-olsun, ya zəlzələdən, ya da vəlvələdən Azərbaycan beynəlxalq konyunkturadakı qeyri-stabillik səbəbindən özünün sərhəd təhlükəsizliyini təmin etməyə məcburdur"
"Azərbaycanın Ermənistanla sərhədin Laçın, Kəlbəcər, Daşkəsən istiqamətlərində hərbi əməliyyatları bərpa etməsi üçün əsaslar yaranır". Bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Ermənistandan son zamanlar sərgilənən mövqe, hərbi-siyasi dairələrin revanşist tutumu Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar edə bilər: "Son günlər Ermənistan sərhəd zolağında Azərbaycan mövqelərini atəşə tutur. Yəqin etmək mümkündür ki, Azərbaycan Ordusu nəinki Laçın, Kəlbcəcər, Daşkəsən istiqamətindəki, eləcə də Tovuz, Gədəbəy, Qazax zonasına yönələn atəş nöqtələrini də susdurmaq qabiliyyətini nümayiş etdirəcək. İndi ən çox gərginlik sərhədin Daşkəsən zolağında müşahidə edilməkdədir.
Hərbi cəhətlərlə bunun izahı odur ki, Azərbaycan hərbçiləri həmin istiqamətdə sürətli möhkəmlənmə işləri ilə yeni mövqelər qururlar. İkinci bir cəhətə diqqət çəkməkdən ötrü isə sentyabrda sərhəddə baş verən genişmiqyaslı toqquşmaların nəticələrinə vurğu edilməlidir. Azərbaycan rəsmi şəkildə hələ də sentyabr döyüşlərinin hansı ərazi nailiyyətləri ilə nəticələndiyini açıqlamayıb. Bu, hərbi məzmunla o deməkdir ki, həmin ərazilərdəki bərkimə işləri tam yekunlaşmayıb. İrəvandan bufer zonaya dair təhlükəsizlik təminatları hələ də alınmayıb. Oktyabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi mövzusunda tvitlər atıb və bu məsələnin 10 noyabr bəyanatında təsbit olunmadığını bildirib. Həqiqətən də, 10 noyabr bəyanatında “Zəngəzur dəhlizi” sözü yer almayıb. Lakin Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin təmin edilməsi nəzərdə tutulur ki, bu da elə Zəngəzur vasitəsilə mümkündür".

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi sənəddə ad olaraq keçmir, amma bəllidir ki, Azərbaycan Zəngəzur dəhlizi məntiqi ilə həmin bəndi üçtərəfli bəyanatın mətninə daxil etdirib:
"Buna Rusiya da razılıq verib. Üstəgəl, Zəngəzur koridoru amili beynəlxalq konyunkturanın da nəzər nöqtəsində yer alır. 10 noyabrda “Zəngəzur”un adbaad mətnə salınmaması elə həmin zamanda Paşinyanı xilas etmək məqsədi daşıyırdı. Lakin Paşinyan sonradan bunu manipulyasiya vasitəsinə çevirdi və həmin şakərini yenə də göstərir. Hər halda Paşinyanın dəhlizə dair hərdəmxəyal açıqlamaları Azərbaycana güc tətbiqi üçün arqumentlər verir. Bakı bu işdə üçtərəfli bəyanatın tərəflərindən olan Rusiyanın da məsuliyyətini xatırlatmaq haqqına sahibdir. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı quru əlaqəsinin dəhliz məntiqi ilə təmin edilməsi beynəlxalq oyunçuların da marağında olduğundan Bakının, Türkiyənin strateji müttəfiqlik dəstəyi ilə koridoru açmaq tələblərinə qarşı prinsipial qlobal dirəniş yoxdur. İran isə sadəcə iqtisadi habın sərhəd dəyişikliyi ilə yekunlaşmasını istəmir ki, bu da prinsipial bir hədd sayıla bilməz".
A.Kərimov qeyd edib ki, Azərbaycan Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmasına reaksiya olaraq hərbi təmayülləri göstərsə, ortaya çıxa biləcək siyasi gərginliklər tablosu ABŞ-Rusiya qarşıdurması kimi rənglənəcək:
"Yəni məsələ qlobal güclərin Azərbaycanın yarada biləcəyi nəticələrdə nə qədər pay sahibi olmaq uğrundakı yarışından gedir. Yoxsa Fransanı çıxmaq şərtilə nə ABŞ, nə Britaniya, nə Rusiya, nə də Çin Azərbaycana qarşıdır.
Fransanın mövqeyi isə daha çox Rusiyanın maraqlarına işləyir, hərçənd ki, Paris buna Moskva ilə gərgin münasibətlər fonu verməyə çalışır. Hər nə olursa-olsun, ya zəlzələdən, ya da vəlvələdən Azərbaycan beynəlxalq konyunkturadakı qeyri-stabillik səbəbindən özünün sərhəd təhlükəsizliyini təmin etməyə məcburdur.
Gələcək risklərdən sığortalanmaq və Ermənistanı onun xarici havadarlarının qucağında durmaqdan cəsarətlənib təxribatlar törətməməsi üçün Azərbaycanın yeni əməliyyatlar keçirəcəyi ehtimalları çoxalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya