Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gəmisi 70 min manata özəlləşdirilib
Yusif Nəzərli
10:55 14.12.2022
Aktual
438
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin “Şəfəq” neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisi özəlləşdirilib.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, 1985-ci ildə istehsal olunmuş gəmi 70 min manata satılıb.
Bundan başqa, hərracda nəqliyyat vasitəsi və avadanlıq olmaqla 26 dövlət əmlakı satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 291 sifariş qəbul olunub.
Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 7 000 manat olan “BMW 535I” markalı avtomobilə edilən ən son təklif üç dəfə çox - 20 200 manat olub. Bundan başqa, “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun start qiyməti 10 000 manat olsa da, nəqliyyat vasitəsi 25 700 manata satılıb.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 207 300 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Növbəti hərraclar 20 və 27 dekabrda keçiriləcək. Hərraclara 25 kiçik dövlət müəssisəsi və obyekti, 10 nəqliyyat vasitəsi çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya