Bakı polisində əməliyyat müşavirəsi keçirildi
14:13 23.10.2019
Aktual
444
Oktyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində bu ilin doqquz ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti
fəaliyyətin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, müşavirəni açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyətin təkmilləşməsinə hərtərəfli şərait yaratmış, yeni mərhələdə islahatların dərinləşdirilməsi müasir çağırışlara uyğun paytaxt polisinin də maddi-texniki bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərib.
Sonra Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Teymur Hacıyev bu ilin 9 ayında paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2019-cu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 8023 cinayət qeydə alınıb ki, onların da 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıqdan adam öldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azalıb. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 93,9 faizi ödətdirilib. O bildirib ki, qarşımızda duran mühüm vəzifələr sırasında vətəndaşların ərizə və şikayətlərinə baxılması, onları qəbulu işi ciddi nəzarətdə saxlanılıb.
Baş Polis İdarəsinə daxil olan müraciətlər üzrə 1390 vətəndaş qəbul edilib.
Məruzəətrafı çıxışlarda Bakı Şəhər BPİ-nin və rayon polis idarələrinin rəisləri hesabat dövründə əldə olunmuş müsbət nəticələri, yol verilmiş nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat