Baş prokuror Türkiyədə səfərdədir:“Eyni hüquq məkanına daxil olmağımız...”
Banuçiçək Kalbalıyeva
09:35 01.09.2021
Aktual
873
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfərin məqsədi Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında iştirak etməkdir. Həmçinin nümayəndə heyətimiz “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədilə Ankara şəhərinə səfərə gedib.
Millət vəkili Fazil Mustafa səfərin əhəmiyyətini “Sherg.az”a qiymətləndirdi:
“Düzdür, bizim hüquq sistemlərimizdə müəyyən fərqliliklər mövcuddur. Amma nəzərə almaq lazımdır ki, Türkiyə hüquq sahəsində zəngin təcrübəyə malikdir. Bu mənada qardaş ölkədə keçirilən konfranslarda, seminarlarda iştirak etmək xeyrimizədir.
Qarşılıqlı əməkdaşlığımız güclənməlidir. Hətta qanunvericiliyimizdə müəyyən dəyişikliyə ehtiyac olsa da, eyni hüquq məkanına daxil olmağımız da faydalı ola bilər.
Fikrimcə, səfər çərçivəsində, həmçinin bu məsələlər müzakirə ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm