Baş Prokurorluq AQTA-nı təkzib etdi: "Bizə heç bir məlumat daxil olmayıb"
11:24 20.11.2019
Aktual
485
Qida Təhlükəsizliyi Agentliyinin ölkəmizdə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin etmək məqsədilə yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirlər gördükləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verdiklərinə dair yayılan informasiyalar Baş Prokurorluq tərəfindən təkzib edilib.
Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumatda AQTA tərəfindən irəli sürülən faktlar təkzib edilib.
Belə ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində guya araşdırmalar aparılması ilə bağlı dərc edilən məlumatlar həqiqəti əks etdirmir.
Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib edilir. Eyni zamanda adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmamış və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə