“Bayden Putinin həmlələrinə tab gətirməyə bilər"-AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
13:23 03.06.2021
Aktual
792
İyunun 16-da, yəni cəmi bir neçə həftə sonra ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçiriləcək. Məlum olduğu kimi, tərəflər uzun müddətdir ki, bu barədə razılığa gələ bilmirdilər.
Nəhayət, “tilsim qırıldı”. Müzakirələrdən sonra planetdə nələrin dəyişəcəyi barədə isə hələlik ancaq proqnoz vermək olar.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Bu görüş təkcə tərəflər arasındakı münasibəti deyil, eləcə də dünya düzəninin hansı istiqamət üzrə formalaşacağını müəyyənləşdirəcək. Eyni ilə keçən əsrin 60-cı illərində olduğu kimi, indi də tərəflər arasında “Soyuq müharibə” başlayıb. Rusiya federasiya şurasının dünən açıq səma ilə bağlı müqavilədən birtərəfli çıxması tərəflər arasındakı gələcək qarşıdurma üçün zəmindir. Eyni zamanda ABŞ Krımla bağlı Rusiyanın mövqeyini dəstəkləmir. Həmçinin Avropa Birliyi və ABŞ Belarus prezidentinin atdığı addımları qəbul etmir. Bilirlər ki, Lukaşenko bütün addımlarını Putinin tapşırığı ilə atır.
Ümumiyyətlə, Rusiya Avropaya qarşı bufer dövlət kimi Belarusdan yararlanır. Hətta Putinin vahid dövlət yaradıb, SSRİ-ni bərpa etmək kimi planları da var. Cenevrədəki görüşün müsbət nəticələnəcəyinə inanmıram. Belə olarsa, “Soyuq müharibə” başa çatacaq. Əks halda isə gərginlik daha da artacaq və ABŞ Rusiyanın təsiri altında olan Ermənistana nəzarət etməyə çalışacaq”.
C. Nuriyev, həmçinin görüşlə bağlı maraqlı açıqlama verdi:
“Müzakirənin vaxtından tez başa çatması istisna edilmir. Çünki Bayden yaşı ilə əlaqədər psixoloji cəhətdən lazımi qədər güclü deyil. O, Putinin diplomatik həmlələri və təzyiqlərinə tab gətirməyə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə