“Belarusla tərəfdaşlığımıza mane olmaq istəyənlər var”
Banuçiçək Kalbalıyeva
15:48 20.05.2021
Aktual
623
“Məsələn, Ermənistan, Rusiyadakı bəzi dairələr və digər qüvvələr”
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin “Polonez” əməliyyat-taktiki raket komplekslərinin yerləşdiyi hərbi hissəni ziyarət ediblər. Müdafiə nazirlərinə qoşun xidməti, hərbi hissənin döyüş hazırlığı və qarşıya qoyulan tapşırıqların icrası barədə ətraflı məruzə olunub. Hərbi hissə və şəxsi heyətin yüksək sosial məişət şəraiti ilə bağlı məlumat verildikdən sonra nazirlər burada yaradılan hərbi infrastrukturla tanış olublar.
Qərargah binası, əsgər yataqxanası, yeməkxanaya baxış keçirilib. Sonda müdafiə nazirləri “Polonez” əməliyyat-taktiki raket komplekslərinin saxlandığı park, döyüş raketlərinin saxlandığı anbar və texniki xidmət mərkəzinə gediblər.
Bu, bir daha iki dövlətin hərbi əməkdaşlığını göstərir. Hərbi ekspert Ramil Məmmmədli “Sherg.az”a açıqlamasında sözügedən tərəfdaşlığın tarixi köklərindən danışdı:
“1990-cı illərin əvvəllərində, yəni Birinci Qarabağ müharibəsi illərində Azərbaycanın hərbi əməkdaşlığı əsasən Ukrayna ilə idi. Müəyyən müddətdən sonra isə Belarusla partnyorluq etməyə başladıq. Çünki Ukraynadakı müəyyən qüvvələr Ermənistana silah satmağa başlamışdılar. Beləliklə, Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın əsas qoyuldu.
2000-ci ildən etibarən bu əməkdaşlıq daha da gücləndi. Biz Belarusdan hava hücumundan müdafiə sistemlərini, o cümlədən BUK zenit-raket kompleksini aldıq.
Qarşılıqlı inam və etibarın davamı gəlməli idi. Çünki Belarus da öhdəliklərini yerinə yetirirdi. 2016-cı ildə Ermənistanın “İskəndər” raketini almasına cavab olaraq biz də Balarusdan “Polonez” zenit-raket kompleksini əldə etdik.
Həmin raket 2018-c ildə ordumuzun 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda nümayiş etdirildi. Nəticədə bu gün bizim əməkdaşlığımız hərb sənayəsinin müxtəlif sahələrində uğurla davam edir”.
R.Məmmədli, həmçinin bildirdi ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək:
“Tərəfdaşlığımıza mane olmaq istəyənlər var. Məsələn, Ermənistan, Rusiyadakı bəzi dairələr və digər qüvvələr.
Həmçinin Belarus da Ermənistan kimi KTMT-nin üzvüdür. Yəni bu iki dövlət strateji müttəfiq hesab olunurlar. Amma Belarusla əməkdaşlığımızın gələcək perspektivinin qarşısını ala biləcək qüvvə yoxdur. Dövlət başçılarının iradəsi nəticəsində tərəfdaşlığımız gələcəkdə də davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə