Bərdədə şəhid Ziya Quliyevin xatirəsi anılıb
19:57 29.07.2023
Aktual
390
Bərdə rayonunun Yeni Daşkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ziya Yelmar oğlu Quliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin, Bərdə İdarəetmə və Texnologiya Kollecinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin, şəhid ailələrinin, qazilərin və kənd ictimaiyyətinin iştirak etdiyi tədbirdə əvvəlcə Yeni Daşkənd kəndindəki Şəhidlər abidəsi ziyarət olunub.
Tədbirdə çıxış edənlər Vətən uğrunda döyüşərək şəhadətə ucalan qəhrəman Azərbaycan əsgərinin şücaətindən və döyüş yolundan danışıblar. Bildirilib ki, Ziya Yelmar oğlu Quliyev 1973-cü il iyulun 29-da Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra rayon hərbi komissarlığına müraciət edərək, Vətənimizin müdafiəsinə qalxıb. Laçın, Kəlbəcər bölgələrində gedən döyüşlərdə iştirak edib. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu uğrunda döyüşlərdə şəhid olub.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın düşmən tapdağından azad olunması, Azərbaycan Ordusunun qazandığı Zəfərin mahiyyətindən də bəhs edilib.
Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm