Blogerlər vergiyə cəlb olunacaq


Qazaxıstanda blogerlərin fəaliyyəti barədə qanun qəbul edilib.

"Sherg.az"ın "Lenta ru" ya istinadən xəbərinə görə ,  Qazaxıstan prezidenti Tokayev onlayn platformaların fəaliyyətini tənzimləyən qanun imzalayıb.

 Qanun “İnternet platformalarının istifadəçisi” və “təsirediçilər ” anlayışlarının məzmununu acıqlayır , informasiya istehsalçısı və yayımçısının  hüquq və vəzifələrini müəyyən edir. Yalan məlumatların , xəbərlərin  yayılması qanunla   qadağan edilir və qazax dilinin onlayn platformalarda  interfeysinə məcburi inteqrasiyasını və moderasiyasını nəzərdə tutur.
 Onlayn platforma sahiblərindən vergidən yayınma halları və yalan məlumatların yayılması ilə mübarizədə dövlət qurumları ilə əməkdaşlıq tələb olunacaq.  Belə məlumatlar aşkar edilərsə, onlayn platforma idarəçiləri yalan , həqiqəti əks etdirməyən məlumatları  silməli olacaq, bu məsələdə tərəflər arasında fikir ayrılığı yaranarsa, platformanın fəaliyyəti məhdudlaşdırılacaq.

 Onlayn platformaların istifadəçiləri öz səhifələrində yerləşdirilən onlayn reklamları etiketləməli, həmçinin biznes qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər.

Turan