Boşluqlar var: Niyə çadırdakı əsgərlərimiz qorunmayıb?- “Nəticəsi ağır olacaq”
Banuçiçək Kalbalıyeva
10:22 26.05.2021
Aktual
1741
Sosial şəbəkələrdə Ermənistanla Azərbaycan sərhədində baş verən insidentin yeni görüntüləri yayılıb. Bir necə gün əvvəl baş verən hadisə zamanı 50-dən çox erməni əsgərinin 5-ə yaxın Azərbaycan hərbçisinə hücum etdiyi müşahidə olunur. Əlbəttə, təəssüfləndiricidir. Həm də təəccüblüdür: niyə buna imkan verilib?! Niyə çadır və içərisindəki əsgərlərin təhlükəsizliyi təmin olunmayıb?! Axı bu, qalib orduya yaraşmayan hərəkətdir...Ermənilərin düşmən olduqlarını nə tez unutduq?!
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında ərazi müdafiəsinin təşkilini qınayaraq bildirib ki, yerində olmayan şəxslər Silahlı Qüvvələrimizin Vətən Müharibəsində qazandığı möhtəşəm qələbəyə kölgə salmağa cəhd edirlər:
“Ərazidə yerləşmə və müdafiənin təşkili sadəcə 5 əsgəri bir çadırda, həm də əlverişsiz ərazidə taleyin qismətinə buraxmaq demək deyil. Bu proseslər onilliklər boyu qanla yazılıb. Döyüş təminatı sıfırdır.
Mühəndis işləri görülməyib, mövqelər yoxdur, rabitə təşkil edilməyib, qarşılıqlı əlaqədən danışmağa dəyməz, müşahidə məntəqəsi və atəş sektoru yoxdur, komandir də görünmür. Texnika və dəstək barədə danışmağa dəyməz. Niyə yaxınlaşan ermənilər əvvəlcədən aşkarlanmadı? Niyə 3 dəqiqəyə ehtiyatlar ora yeridilmədi?
Boşluqları saymaqla bitməz. Cavabdehlərə qarşı fikrimi ifadə etməyə söz tapmıram. Amma bilirəm ki, o əsgərlər tərxis olunandan sonra “dərinizə saman təpəcək”. Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən Müharibəsində qazandığı möhtəşəm qələbəyə 1-2 nəfər yerində olmayan şəxs kölgə salmağa cəhd edir. Bu eyni şəxslərin törətdiyi ilk və ya ikinci cəhd deyil. Əmin olun, nəticəsi ağır olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə