Bu 3 aya diqqət edin! Qəfil yağışlar və daşqınlar ola bilər
Yusif Nəzərli
22:25 10.06.2024
Aktual
633
İsti havalar artıq öz təsirini göstərməkdədir. Yağıntıların azlığı və qeyri-müntəzəmliyi quraqlığa səbəb olur.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə iyul, avqust və sentyabr aylarında qəfil yağan yağışların daşqınlara səbəb ola biləcəyinə dair xəbərdarlıq edirlər.
Ötən ilin yayında başlayan El-Nino bütün dünyaya təsir etməkdə davam edir.
Türkiyəli professor Yusuf Dəmir son 5 ayın quraqlıq və yağış xəritələrinə baxdıqda ölkənin bir çox bölgəsində quraqlığın hökm sürdüyünü bildirib.
Qış və yaz aylarında yağıntıların olmamasının qrunt sularına mənfi təsir etdiyini bildirən Dəmir, “Qarşıdakı dövrdə temperaturun yüksək olması və quraqlığın hökmranlığı həm insan həyatına, həm də kənd təsərrüfatına birbaşa təsir etmə ehtimalı çox böyükdür. Bu prosesi dəyərləndirərkən ümid edirik ki, qarşıdakı iyul, avqust və sentyabr aylarında kifayət qədər yağış düşəcək. Məlumatlar göstərir ki, bu proses daha bir müddət davam edəcək. Bütün bunlar bizdən həm kənd təsərrüfatı, həm də suvarma fəaliyyətlərində mənbə nöqtəsində ciddi tədbirlər görməyi tələb edir. Qarşıdan gələn prosesin dəyərləndirilməsi insan sağlamlığı üçün də vacibdir”- deyə bildirib.
Qurban bayramında yağış ehtimalının az olduğunu bildirən Prof. Dr. Yusuf Dəmir belə davam etdi:
"Təkcə yağışın olmaması deyil, həm də nizamsız yağışlar da quraqlığın nəticəsidir, quraqlığın təsiridir. Biz bunun təsirini bu yaxınlarda Ankarada baş verən sel fəlakəti ilə görmüşük. Bu nöqtədə diqqətli olmaqda fayda var. Önümüzdəki günlərdə bəzi bölgələrdə xüsusilə iyul, avqust və sentyabr aylarında ani yağışlar və sel təsirli ola bilər."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm