Cəza alətləri işə düşəcək
Yusif Nəzərli
02:03 13.10.2023
Aktual
531
Kremlin çox ciddi planları var, Ermənistana güzəştə getməyəcək
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB-nin Bişkek sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır. Uşakov Paşinyanın iştirak etməməsinin səbəbləri barədə yalnız bunu deyib: "Biz səbəbini bilirik, amma yəqin ki, özü bunu necəsə izah edəcək”. Uşakov vurğulayıb ki, tərəflərin müzakirə edəcəyi çox şey var. Qeyd edək ki, oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılmaqdan imtina edib.
Millət vəkili Azər Badamov deyib ki, Bişkekdə keçirilən MDB sammitində Ermənistanın iştirak etməməsi onların Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olmadığını göstərir. Deputat bildirib ki, Nikol Paşinyan Rusiyanın təşəbbüsü ilə Bişkekdə keçirilən görüşdə iştirak etməyə vaxt tapmır: "Ermənistanın başı o qədər "qarışıq"dır ki, 3 saata yaxın bir məsafəni gəlməyə imkan tapmır. İrəvanın hərəkətləri gülməlidir və Bişkekə səfər etməməsinin əsas səbəbinin başqa olduğu bəllidir. Bu səbəb Ermənistanın Fransanın forpostuna çevrilməsi ilə bağlıdır. Bu gün Ermənistan Emmanuel Makronun icazəsi olmadan bir addım ata bilmir. O cümlədən Azərbaycanla sülh danışıqlarında da Fransa icazə verməsə, Ermənistan iştirak edə bilməz. Bu, bir daha Ermənistanın suveren dövlət olmadığını göstərir".
A.Badamov düşünür ki, Rusiya Ermənistana güzəştə getməyəcək: "Çox güman ki, Rusiyanın Ermənistanla bağlı çox ciddi planları var. Artıq Ermənistanın qaysısı və konyakı ruslara lazım deyil. Hətta Ermənistandan göndərilən konyakla dolu 60-dan çox yük avtomobili günlərdir sərhəd-keçid məntəqəsində dayanıb və Rusiyaya buraxılmır. Ermənistanın xarici ticarət dövriyyəsinə baxsaq, cari ilin 9 ayında əsas pay Rusiyaya malik olmaqla 4,2 milyard dolları ötüb. Fransa ilə ticarət dövriyyəsi isə cəmi 128 milyon dollardır və əsasən, Ermənistana idxalla kifayətlənir. Burdan açıq şəkildə nəticə çıxartmaq olar ki, Rusiyanın Ermənistanı ciddi şəkildə cəzalandırmağa kifayət qədər alətləri mövcuddur. Bu, Paşinyana çox baha başa gələcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya