Deputat narazılıq etdi
Deputat narazılıq etdi
Yusif Nəzərli
11:02 29.09.2022
Aktual
450
"Şəhid məzarlarının üstündən qardaş Türkiyənin bayrağının götürülməsi yanlışdır”
"Şəhid məzarlarının üstündən qardaş Türkiyənin bayrağının götürülməsi yanlış addımdır". Bu sözləri millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, bunu kimlər edibsə, dərhal yanlışını düzəltməlidir: "Deyəsən, Şuşa Bəyannaməsini unudublar. Yaddan çıxarıblar ki, Şəhidlər Xiyabanında uyuyan 1300 Qafqaz-İslam ordusunun əsgəri Azərbaycanın istiqlalı üçün şəhid olub.
Azərbaycan və Türkiyə qardaş olduqları üçün onların şəhidləri də birlikdə anılmalı, bayraqları da birlikdə dalğalanmalıdır. Bizlər, yəni sağlam düşünən, ləyaqəti olan Azərbaycan insanı üçün əsl şəhadət məktəbi məmləkətimizin azadlığı üçün çiyin-çiyinə döyüşən və millətimizi müstəqil dövlətə qovuşduran müzəffər Qafqaz-İslam Ordusunun türkiyəli və azərbaycanlı əsgərlərinin birgə qəhrəmanlığıdır.
Dörd il öncə bu qardaşlığı qeyd etdiyimiz 100 illiyin paradında da, Böyük Zəfər paradında da Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti yanaşı durub dosta güvən, düşmənə dərd verirdilər.
Bayraqlarımız da birlikdə dalğalanırdı. Odur ki, bayraqlarımız hər zaman və hər yerdə birlikdə dalğalanmalıdır. Şəhid məzarları rəsmi protokol yeri olmasa da, mənəvi protokol yerimizdir.
Mənəvi protokolumuzu kimlərsə pozmağa çalışmasın. Necə deyərlər, "Bir millət, iki bayraq, hər vaxt bir yerdən asaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə