Deputat:“Biz heç kəsin torpağına göz dikməmişik”
Yusif Nəzərli
15:14 13.09.2022
Aktual
548
Sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədib. Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirib.
Ordumuzun mövqelərini hədəf alan Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edilib. Əməliyyat yüksək peşəkarlıqla həyata keçirilib. Əməliyyat zamanı Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə əldə etmək məqsədi olmayıb. Onun qarşısında belə bir vəzifə də qoyulmayıb. Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb. Ordumuz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çox olub.
Məsələ ilə bağlı deputat Məlahət İbrahimqızı “sherg.az”a danışarkən qeyd edib ki, Azərbayacan Ordusu yenə də düşmənə layiqincə cavab verib, onu susdurub:
“Bu zərbə bundan sonra düşməni daha da sarsıdacaq. Artıq onlar Azərbaycan torpağında təxribat törətmək istədikdə dəfələrlə düşünməli olacaqlar. Hər kəs gecə saatlarında çarəsiz qalan Ermənistan baş naziri Nikol Paşinyanın dünya liderlərinin qapısını döyməyinə şahidlik etdi. Nikol heç bir müsbət cavab ala bilmədi. Çünki hər kəs bilir, qanunsuz erməni silahlı birləşmələri öz torpağında deyil. Dünya tərəflərin sülh yoluna gəlməsini istəyir. Azərbaycan buna hər zaman hazır olsa da , Ermənistan sülhdən yayınır. Artıq beynəlxalq ictimaiyyət Azərbaycanın 44 günlük İkinci Qarabağ savaşında çaldığı qələbə ilə barışıb. Onu qəbul edir. Buna görə də rəsmi İrəvanı qaydalara əməl etməyə çağırır. Ermənistandakı revanşist qüvvələr hazırda erməni xalqını uçuruma aparır.
Bunu dərk edən xalq tezliklə ayağa qalxmalıdır.Prezidentimiz beynəlxalq informasiya məkanına indiyə qədər xüsusilə İkinci Qarabağ savaşı dönəmində erməni yalanlarını ifşa edən geniş müsahibələr verib. Elə onları diqqətlə izləmək indiki qarşıdurmada kimin haqlı olduğunu bilmək üçün kifayət edir. Biz haqq savaşındayıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi Qarabağda aparılan quruculuq işləri də düşməni bir tərəfdən qıcıqlandırır. Onu hərəkətə gətirir. Amma məcbur bu reallıqla barışmalıdırlar.Bizim tariximizdə heç vaxt məğlubiyyət olmayıb.
Bundan sonra da olmayacaq. Biz heç kəsin torpağına göz dikməmişik. Əksinə bizə sığınan xalqlara daim qucaq açmışıq. Düşünürəm ki, 12 sentyabr gecəsində Azərbaycan Ordusu düşmənə 44 günlük İkinci Qarabağ savaşını xatırladacaq qədər ağır zərbə vurdu. Onlar yəqin ki, bundan sonra təxribat törətməzdən əvvəl yaxşı fikirləşəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya