Deputatın təklifi dəstəkləndi! - “Aliment Fondunun yaradılması və...”
Deputatın təklifi dəstəkləndi! - “Aliment Fondunun yaradılması və...”
Yusif Nəzərli
14:05 30.09.2022
Aktual
526
Milli Məclisin bu gün baş tutan iclasında millət vəkili Siyavuş Novruzov Aliment Fondunun yaradılmasını təklif edib.
Millət vəkili qeyd edib ki, deputatlara daxil olan müraciətlər sırasında alimentlərlə bağlı məsələlər xüsusi yer tutur: “Buna görə də vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi vacibdir”.
Parlamentarinin sözlərinə görə Aliment Fondu yaradılmalıdır, aliment ala bilməyənlərin pulu həmin Fond, yəni dövlət tərəfindən verilməlidir:
“Daha sonra isə alimenti ödəyəcək şəxsdən həmin vəsaitin geri qaytarılması təmin olunmalıdır”.
Bu gün insanların alimentlərlə bağlı ciddi problemi olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, belə bir fondun yaradılması xeyli konfliktin qarşısını alacaq:
“Fondun yaradılmağına təşəbbüsdən əvvəl onun funksionallığı və təyinatı dəqiqləşdirilməlidir.Hazırda cəmiyyətdəki aliment problemlərinin ən böyük cəzasını uşaqlar çəkillər. Bu eyni zamanda ölkədəki insan kapitalının formalaşmasına da mənfi təsir göstərir. Alimentlərin vaxtında ödənilməməsi nəticəsində, keyfiyyətli təhsilə və səhiyyə xidmətlərinə çıxış imkanları məhdudlaşır.Məsələyə bu aspektən baxdıqda belə bir vahid sistemin yaradılması və prosesin peşəkar təşkili pis olmaz.Boşanmış ailələrə alimentin dövlət tərəfindən ödənilməsi və daha sonra fondun ödədiyi vəsaiti tələb etməsi mümkündür. Bu təşəbbüs məhkəmə işlərinin də qarşısını alacaq. Alimenti fond tələb etsə, qarşı tərəf daha da məsuliyyətli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə