“Dmanisidəki insidentdə xarici qüvvələrin İZİ... – İKİ HƏDƏF VAR
Fidan Həmişəyeva
14:37 17.05.2021
Aktual
1049
“Birincisi, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vurub, Azərbaycanın qərbə çıxış qapısını bağlayırlar”
“İkincisi, Gürcüstana etnik zərbə vurub, ölkəni özlərindən tam asılı etmək istəyirlər”
Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıya məxsus mağazanın önündə kütləvi mübahisə yaşanıb. Hadisənin təfərrüatları məlum olub. Marketin satıcısı Səidə İsmayılova bu cür insidentlərin tez-tez baş verdiyini bildirib.Onun sözlərinə görə, mağazaya daxil olan gənclər nisyə pivə almaq istəyiblər: “Mağazanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər. Mübahisədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olarkən 40-50 nəfərlik kütlə mağazaya hücum edib”.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisidə jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb. O, istinaq tədbirlərinin davam etdirildiyini və qarşıdurma zamanı ağır xəsarət alanlarla bağlı məlumata sahib olmadığını bildirib.
DTX rəisi rayonda hazırkı vəziyyətin sakit olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını qeyd edib.
Baş verənlərdə hansı qüvvələrin əli olduğuna dair fikirlərini “Sherg.az”la bölüşən siyasi analitik Turab Rzayev bildirib ki, 21-ci əsrdə Şərqi Avropanın ortasında formalaşan ölkədə insan istismarının olması anlayışla qarşılana biləcək hal deyil:
“Dmanisidə yaşanan insident hər birimizi məyus etdi. Bu məsələdə maraqlı olan xarici qüvvələr var. Hansı ki, Gürcüstanla-Azərbaycan münasibətlərinin kəskinləşməsində maraqlıdırlar. Digərləri isə Gürcüstanın daxilində etnik qarşıdurma yaratmaq istəyirlər. Abxaziya və Osetiyadan sonra əlavə olaraq etnik problem olan bölgənin yaranmasına çalışırlar. Bununla da iki hədəfə xidmət etmiş olurlar: Birincisi, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vurub, Azərbaycanın qərbə çıxış qapısını bağlayırlar. İkincisi, Gürcüstana etnik zərbə vurub, ölkəni özlərindən tam asılı etmək istəyirlər”.
R.Rzayevin fikrincə, Gürcüstanda bəzi qüvvələr əhalidə millətçi və faşist hislər yaradaraq, onların qüvvəsindən seçkidə istifadə etmək istəyirlər:
“Hakimiyyət uğrunda mübarizə aparan qüvvələrində bu insidentdə əli ola bilər. Kiçik müxalifət partiyaları var.Onlar daim millətçi açıqlamaları ilə gündəm yaradırlar. Məsələn, “Patriotlar Alyansı” partiyası kimi. Bu qüvvələrin də baş verənlərdə əli ola bilər. Eyni zamanda Gürcüstan-Azərbaycan münasibətlərində problemlərin yaranmasında kilsə katalizator rolunu oynayır. Xırda müxalifət partiyaları və kilsə kimi qüvvələr ölkə daxilində milli və dini qarşıdurma yaradaraq xaricdən idarə olunurlar. Bu qüvvələrin əsas marağı Cənubi Qafqazda birliyə, dostluğa və sülhə icazə verməmək, Azərbaycan-Gürcüstan arasındakı münasibətləri kəskinləşdirməkdir. Digər tərəfdən isə Gürcüstanı dağıtmaq və dövlətçiliyi amorf vəziyyətinə gətirmək istəyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə