Dmitri Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya açıqlamasında deyib.

Vaşinqtonun vasitəçilik missiyasını şərh edən Kreml rəsmi qeyd edib: “Hazırda amerikalılarla əməkdaşlıq yoxdur. Amerikalıların sülh səyləri var və buna görə biz onlara çox minnətdarıq. Bu səylər davam edir və son günlərdə yenidən fəallaşıb. Biz səmimi şəkildə ümid edirik ki, bu addımlar müsbət nəticə verəcək”.