“DTX narkobiznesə qarşı uğurlu mübarizə aparır”
Banuçiçək Kalbalıyeva
11:16 21.05.2021
Aktual
682
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.
Bununla yanaşı, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Keçmiş polis rəisi Mahmud Hacıyev bu barədə “Sherg.az”a danışıb. Onun sözərinə görə, hüquq-mühafizə orqanlarının fəaliyyətində son vaxtlar ciddi dəyişiklik hiss olunur:
“Əvvəla, onu deyim ki, narkomaniya qlobal problemdir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu bəlaya qarşı mübarizə aparılır. Həm Narkomaniya və narkobiznesə qarşı baş idarə, həm də DTX son aylar çox uğurlu mübarizə aparır. DTX-nin əvvəlki rəhbərliyindən fərqli olaraq, indi daha səmərəli və məqsədyönlü fəaliyyət hiss olunur. Bu, bir tərəfdən aparılan ciddi islahatlarla, əvvəlki rəhbərlikdəki “təmizləmə”lərlə əlaqəlidir. Digər tərəfdən isə daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Narkomaniya və narkobiznes baş idarəsinin rəisinin daha səriştəli kadrla əvəzlənməsi öz müsbət nəticəsini göstərdi. Bu, vaxtında və yerində atılan addım idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə