Dünyada yenidən böyük böhran yaşana bilər
04:50 05.07.2020
Aktual
757
Dünya koronavirus səbəbindən yeni böyük böhrana qərq ola bilər.
Bu barədə "Mirror" nəşri ABŞ futuroloqu Piter Şvartsın xəbərdarlığına istinadla məlumat verir.
Mütəxəssis qeyd edib ki, yeni infeksiyaya qarşı peyvənd tapmaq vacibdir, əks halda "pandemiya dünyası"nda yaşamalı olacağıq:
"Bu, COVID-19-un yeni norma olması ilə davam edən iqtisadi böhran və pandemiya ssenarisidir".
Futuroloq hesab edir ki, dünya hazırda səhiyyə, iqtisadiyyat, sosial sahə və liderlik böhranından əziyyət çəkir:
"Biz indi güclənən iqtisadi böhranı, ticarət müharibəsini artıq yaşamışıq. İndi "Black Lives Matter" (Qaraların həyatı önəmlidir) hərəkatı tərəfindən yaradılan sosial böhran və nəhayət, bəzi ölkələrdə liderlik böhranı var. Koronavirus pandemiyası səbəbindən Böyük böhran ssenarisi qüvvəsində qalır.
İyun ayında Dünya Bankı inkişaf etmiş ölkələrin böyük itkilərə məruz qalacağını açıqlayıb. Baş verəcək geriləmənin ABŞ-da 1929-cu ildə başlayan Böyük böhrandan sonra ən dərin tənəzzül olacağı bildirilib. (publika.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə