"Dünyadakı münaqişələr də COP29-un əsas mövzularından olacaq" - TƏHLİL
13:59 26.04.2024
Aktual
676
Dünya ölkələri də Azərbaycanın bu tədbiri necə keçirməsində çox maraqlıdır
"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb:
“Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.
Eyni zamanda, Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın energetika naziri, COP29-un prezidenti Muxtar Babayevlə dünən Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqunun nəticələrinə dair brifinqdə deyib ki, bu il Azərbaycanın COP29a ev sahibliyi etməsinə çox şad olub.
"Azərbaycan bununla iqlimin mühahizəsi ilə bağlı üzərinə vacib öhdəlik götürüb. Siz bizim dəstəyimizə arxayın ola bilərsiniz. Üçlüklə, yəni BƏƏ, Braziliya və Azərbaycandan olan COP sədrləri ilə iqlim naminə Dubaydan, Berlindən Bakıya aparan körpünün üzərində birgə işləyək. Ümid edirəm ki, bu körpü Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək.
Əməkdaşlığımıza şadam".
Azərbaycanın COP29-a ev sahiblik etməsinin töhfələrindən danışan Milli Məclisin deputatı Tahir Rzayev “Sherg.az”a bildirib ki, Cənab Prezident İlham Əliyev Qarabağa səfərindən dərhal sonra Almaniyaya yola düşdü:
“Hazırda Prezident İlham Əliyev və Almaniya Federativ Respubilikasının Federal Kansleri Olaf Şolts arasında danışıqlar gedir. Bu danışıqlar isə bilavasitə iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasına xidmət edir. Bu gün dünyanın diqqət mərkəzində olan məsələ ən mötəbər tədbirlərdən biri COP29-un yüksək səviyyədə keçirilməsidir. Çünki son illər dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr, iqtidasi əlaqələrin pozulması və dövlətlərarasında münasibətlərdə ziddiyətlərin yaranması insanların həyatına ciddi təsir göstərib. Dünyada, artıq 800 000 000-dan çox insan aclıq içərisindədir. Eyni zamanda, 1600 000 000 insan ərzaq çatışmamazlığından əziyyət çəkir. Bunların hamısı atmosferə atılan qazların, meşələrin, yaşıllıqların məhv edilməsinin və müəyyən ərzaq təhlükəsizliyinin təmin olunmasında yol verilən ciddi səhvlərin nəticəsidir. COP29 tədbirində iqlim dəyişikliyilə yanaşı dünyada mövcud olan bütün problemlər qabardılacaq və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulacaq. Ona görə də dünya həmin tədbirə böyük əhəmiyyət verir. İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə son görüşündə dəfələrlə qeyd etdi ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizlik kimi qiymətləndirilməlidir. Çünki dünyanın enerjiyə olan tələbatı həddindən artıq böyükdür. Buna görə də alternativ enerji mənbələri axtarılıb, istifadə olunmalıdır”.
T. Rzayev vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır:
“Bununla yanaşı Azərbaycan atmosferin yaxşılaşdırılması və alternativ enerji mənbələrinin yaradılmasında dünyaya dəstək verməlidir. Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisinə dair layihənin başladılması çox yaxşı haldır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilməsi də təqdirəlayiq addımdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə böyük külək və günəş elektrik enerji potensialı var. Bütün bunların hamısı və dünyada baş verən münaqişələrin aradan qaldırılması COP29-un əsas mövzularından olacaq. Ona görə də Azərbaycanda COP29 tədbirinin keçirilməsinə dair ciddi hazırlıq işləri gedir. Dünya ölkələri də Azərbaycanın bu tədbiri necə keçirməsində çox maraqlıdır. Biz əminik ki, Azərbaycan COP29-u yüksək səviyyədə həyata keçirəcək. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməyə dair təcrübəlidir. Ölkəmizdə indiyə qədər beynəlxalq səviyyəli idman oyunları, mədəni və digər sahədə tədbirlər həyata keçirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm