Düşmən bir daha anladı! - “Azərbaycan hər situasiyaya hazırdır”
Banuçiçək Kalbalıyeva
12:12 09.06.2021
Aktual
657
“Biz erməni əsgərini qaytarmaqla həm beynəlxalq ictimaiyyətə, həm də düşmənə humanist mövqeyimizi nümayiş etdirdik”
“Biz həm güclü, həm də haqlıyıq”
“Təlimlərimiz də göstərir ki, Azərbaycan ordusu istənilən diversiya cəhdinin qarşısını almağa və düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir”
Azərbaycan Müdafiə Nazirliyi iyunun 8-də Azərbaycan ərazisinə daxil olduğu bildirilən Ermənistan silahlı qüvvələrinin hərbçisi Artur Katanyanın buraxıldığını bəyan edib.
Katanyan Ermənistan tərəfinə təhvil verilib. Ernənistan Müdafiə Nazirliyi iyunun 8-də "hava şəraitinə görə yolu azıb Azərbaycan qoşunlarının nəzarətində olan əraziyə keçmiş və həbs olunmuş" müqavilə əsasında xidmət edən əsgər Artur Katanyanın sərbəst buraxıldığı və hazırda Xankəndidə olduğunu bildirib.
Növbəti təxribat cəhdi onu deməyə əsas verir ki, ermənilər hələ də revanşist cəhdlərindən əl çəkmək niyyətində deyillər. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu?..
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Əslində təxribat cəhdi təəccüblü deyil. Bu, gözlənilən idi. Ermənilər düşmənlikdən əl çəkmirlər. Seçkiabağı marafonda isə sərt ritorika bir az da artıb. Siyasətçilər anti-Azərbaycan bəyanatları ilə xalqın etimadını qazanmağa çalışırlar. Bu isə onu deməyə əsas verir ki, nə Ermənistan dövləti, nə də cəmiyyəti sülhə hazırdır. Dediyim kimi, təxribatlar gözlənilirdi. Bütün ehtimallar nəzərə alınmış və silahlı qüvvələrimiz təlimatlandırılmışdı. Təsadüfi deyil ki, müxtəlif istiqamətlərdə diversiya cəhdlərinin qarşısı uğurla alındı. Bu, ermənilərə mesaj olmalı, onları pozuculuq fəaliyyətindən çəkindirməlidir. İndi bütün sərhədboyu vəziyyət Azərbaycanın nəzarəti altındadır. Laçında cəmi bir erməninin tutulması isə onu deməyə əsas verir ki, düşmən bizim ayıq-sayıqlığımızı yoxlamaq istəyib”.
Ş.Ramaldanov, həmçinin Azərbaycanın bütün təxribat cəhdlərinə adekvat cavab verəcəyini söylədi:
“Ermənistanın hərbi və siyasi hakimiyyəti arasında uçurum var. “Qara qüvvələr” isə bundan istifadə edirlər. Seçkilərədək təxribatların davam edə biləcəyi istisna deyil. İyunun 20-dən sonra da Ermənistanda xaos yaşanacaq və bunun əks-təsiri sərhəddə özünü göstərəcək. Odur ki, Azərbaycan hər situasiyaya hazırdır. Biz erməni əsgərini qaytarmaqla həm beynəlxalq ictimaiyyətə, həm də düşmənə humanist mövqeyimizi nümayiş etdirdik. Fəqət, biz həm güclü, həm də haqlıyıq. Təlimlərimiz də göstərir ki, Azərbaycan ordusu istənilən diversiya cəhdinin qarşısını almağa və düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm