“Düşünməsinlər ki, Xocalı faciəsi arxa plana keçib” – Cəza...!
Banuçiçək Kalbalıyeva
12:41 06.08.2021
Aktual
707
“Bu, yolverilməzdir, çünki Xocalı faciəsi bizim tariximiz, qan yaddaşımızdır”
“Həmin hadisənin bəzi iştirakçıları layiqli cəzalarını alıblar. Amma hamısı cəzalanmalıdır”
“Fikrimcə, Xocalı faciəsinin qatilləri ilə bağlı xüsusi məhkəmələr keçirilməlidir”
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb. Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan İran parlamentinin spikeri dost və qonşu ölkənin nümayəndə heyətini Tehranda görməkdən məmnunluğunu ifadə edib.
Bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir. İranda Azərbaycanı çox sevirlər və orada gedən prosesləri yaxından izləyirlər. Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova İranla dost və mehriban qonşuluq münasibətlərimizdən məmnunluğunu ifadə edib.
Vurğulayıb ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir.
Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir. Sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub.
İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır.
Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü rolunu oynayırlar.
Spiker diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir.
Spiker xatırladıb ki, bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər.
Millət vəkili Zahid Oruc “Sherg.az”a açıqlamasında Bakı- Tehran münasibətlərindən danışdı:
“Vətən müharibəsindəki qələbədən sonra İranla münasibətlərimizdə yeni mərhələ başlandı. Biz ölkə başçısının dilindən İranın qonşu dövlət kimi regional təhlükəsizliyin qorunmasındakı və regional layihələrin formalaşmasındakı rolunu eşitmişik. Qarşılıqlı münasibətlərimizin qorunub saxlanılması və pozitiv platformalar üzrə inkişafına dair prinsipial mövqeyimiz ortadadır. Bu mənada diplomatik təmaslarla yanaşı, parlament səviyyəsində görüşlər də çox əhəmiyyətlidir. Azərbaycan nümayəndə heyətinin İrana səfəri bizim sadaladığım məqamlara dəyər verdiyimizi göstərir”.
Z.Orucun fikrincə, Qarabağ həqiqətlərini tanıtdırmağımız indi də prioritetimiz olmalıdır:
“Kimsə düşünməsin ki, müharibədən sonra Xocalı faciəsi arxa plana keçdi. Bu, yolverilməzdir. Çünki Xocalı faciəsi bizim tariximiz, qan yaddaşımızdır. Həmin hadisənin bəzi iştirakçıları layiqli cəzalarını alıblar. Amma hamısı cəzalanmalıdır. Fikrimcə, Xocalı faciəsinin qatilləri ilə bağlı xüsusi məhkəmələr keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat