Əhməd İsmayılov:“Vergi güzəştləri media subyektlərinə öz biznes layihələrini həyata keçirməyə imkan verəcək”
Yusif Nəzərli
09:14 06.02.2023
Aktual
313
“Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi gələcəkdə onlara daha çevik və reallığa uyğun öz iqtisadi və biznes layihələrini həyata keçirməyə imkan verəcək”.
“Report”un məlumatına görə, bunu bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, bu güzəştlər eyni zamanda media subyektlərinin inkişafı və jurnalistikanın peşəkarlığının artırılmasına imkan verəcək:
“Hazırda media reyestrindən olan subyektlərlə sıx işlər aparılır”.
Vergi Məcəlləsinə dəyişikliyə əsasən, media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir. Layihədə media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir. Dəyişikliklərdə həmçinin media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad olunması təklif edilir.
Məcəlləyə dəyişikliklər layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla üç il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual