
Ekspert: Azərbaycanı müharibəyə təşviq etmək istəyirlər
Yusif Nəzərli
06:43 06.09.2024
Aktual
683
Sərhəddə təxribatın məqsədi vəziyyəti gərginləşdirmək, yeni münaqişə ocağı yaratmaqdır
Azərbaycan-Ermənistan şərti sərhədində növbəti dəfə təxribat baş verib. Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi, delimitasiya prosesi ilə bağlı məsələlər gündəmə gətirilsə də, iki ölkə arasında gərginlik olduğu kimi davam edir.
Ermənistan sərhəd ərazilərə hərbi birləşmələr yerləşdirməyə başlayıb. Dərinləşdirilmiş müdafiə xətləri, raketlər, artilleriyalar əraziyə yerləşdirilir, bunkerlər tikirlər. Erməni siyasətçilər daima Azərbaycanın Ermənistana zərbə endirəcəyini, iki ölkə arasında sülh müqaviləsinin imzalanmayacağını iddia edirlər.
Şərti sərhəddə törədilən təxribatlardan əlavə erməni ordusu Zəngəzurda hərbi varlığını artırır. “Bez Tormozov”un yaydığı görüntülərdə Ermənistanın Qafana hərbi texnika, xüsusən tank və BTR-lər cəlb etməsi, mövqelər və hərbi hissə yaratması əks olunub.
Regiondakı prosesləri dəyərləndirən ekspertlər isə hesab edir ki, siyasi gərginliyin artması eskalasiyaya səbəb olacaq.
Hərbi ekspert Ədalət Verdiyevin “Sherg.az”a açıqlamasına görə, Ermənistanın siyasi rəhbərliyinin ona havadarlıq edən xarici qüvvələr tərəfindən idarə edilməsi səbəbindən sülh danışıqları istiqamətində aparılan danışıqlar nəticə vermir. Ekspert hesab edir ki, təxribatın məqsədi vəziyyəti gərginləşdirmək, yeni münaqişə ocağı yaratmaq və bu fonda Azərbaycanı müharibəyə təşviq etməkdir:

“İndiki vəziyyətdə Ermənistanla sülh sazişi istiqamətində danışıqların aparılması real görünmür”.
Ermənistanın Azərbaycanla razılığa gəlmək niyyətində olmadığını vurğulayan Ə.Verdiyev qeyd edib ki, sülhün əldə olunması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edilməli, ölkəmizə qarşı ərazi iddiaları çıxarılmalıdır:
“Ermənistan isə prosesi ləngitməklə, ən azı yaxın 3 il müddətində Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı deyil. Ermənistanın Naxçıvan və Kəlbəcər istiqamətində törətdiyi təxribatlar birmənalı olaraq işğalçı ölkənin sərhəddə genişmiqyaslı eskalasiyaya hazırlaşdığını nümayiş etdirir”.
Ermənistanın Azərbaycanla şərti sərhəd ərazilərində yeni hərbi hissələr, ağır texnika və silah-sursat kimi digər döyüş avadanlıqları yerləşdirdiyini əlavə edən hərbi ekspert deyib ki, əldə etdiyi silahlarla da Azərbaycan ordusunun mövqelərinə qarşı təxribat törədərək atəşkəsi intensiv şəkildə pozur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya