Əlahiddə Ümumqoşun Orduda yeni texnikalar silahlanmaya qəbul edilib
17:53 30.10.2019
Aktual
491
Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikalarla gücləndirilir.
Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumatda qeyd olunub ki, bu gün Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Bu baxımdan hərbi sahədəki əməkdaşlığın səviyyəsi də məmnunluq doğurur. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu ilin iyun ayında Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdiriblər.
Uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən hərbi əməkdaşlığı daha da möhkəmləndirmək, Azərbaycan Ordusunun müasir dünya standartlarına uyğun inkişaf etməsinə töhfə vermək məqsədi ilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib. Qardaş Türkiyə Respublikasında istehsal edilən mini ekskavatorların Ordunun təminatına daxil edilməsi hərbi əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biridir.
Silahlanmaya qəbul edilən mühəndis texnikalarının yüksək texniki xüsusiyyətləri onların az vaxtda çox iş görməsinə imkan verir. Türkiyənin yerli istehsalı olan MST teleskopik yükləyiciləri bir çox üstünlüklərə malikdir. Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir. Qabaqcıl texnologiya və dünya standartlarına uyğun komponentlərdən ibarət bu texnikalar dəyişən hidravlik nasosu və iki pilləli sürət qutusuna qoşulmuş hidromotoru sayəsində operatoru yüksək dartma və mükəmməl idarəetmə ilə təmin edir. Müxtəlif sənaye tətbiqləri üçün bütün ehtiyacları ödəyə bilən bu mini ekskavatorların üstün texnologiyası ən çətin coğrafi məkanlarda belə, asan istifadəyə imkan verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm