
"Əminik ki, Qərbi azərbaycanlılar tezliklə öz yurdlarına qayıdacaq" - Deputat
Yusif Nəzərli
14:00 17.07.2023
Aktual
596
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə olunub.
Bu barədə APA-nın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verib. Eyni zamanda görüşdə Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə mövzusu olub.
Brüssel görüşlərinin dünya mediasında gündəmə çevrildiyini söyləyən millət vəkili Məlahət İbrahimqızı "Sherg.az"a bildirib ki, bu görüşü 44 günlük savaşdan sonra qazanılan ən böyük uğur kimi qiymətləndirmək olar:
"Çünki bu dəfəki müzakirələrdə Qərbi azərbaycanlıların öz yurdlarına qaytarılması məsələsi də masaya yatırılıb. Ümumiyyətlə beynəlxalq səviyyədə keçirilən görüşlərin gündəm mövzuları bütün tərəflərin razılığı ilə olur. Qərbi azərbaycanlıların torpaqlarına qaytarılmasının gündəliyə salınması isə böyük diplomatik uğurdur. Ona görə ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması Ermənistan üçün asan məsələ deyil. Yəni rəsmi İrəvan üçün yeni bir hadisədir. Hamı bilir ki, son ilk yüz il ərzində Azərbaycanın Qərb hissəsi olan indiki Ermənistan erməniləşdirildi. Hətta 20-ci əsrin əvvəlindən, sonuna qədər bütün azərbaycanlılar deportasiya və etnik təmizləməyə məruz qaldılar. Yəni müxtəlif yollarla torpaqlarından çıxarıldılar və yerlərinə ermənilər köçürüldü. Bu gün bütün dünya gücləri və beynəlxalq təşkilatlar bilir ki, Qərbi Azərbaycan necə erməni dövlətinə çevrilib. Ona görə də belə bir məsələnin gündəmə salınması İlham Əliyev diplomatiyasının ən böyük uğurudur".

Xanım parlamentari əlavə edib ki, Qərbi azərbaycanlılar sülh yolu ilə və ləyaqətli şəkildə öz yurdlarına qayıtmalıdır:
"Bunda beynəlxalq təşkilatlar məsuliyyət daşıyır. Biz yalnız işğal olunmuş Qarabağı azad etmişik. Amma 87-ci ildən etnik təmizləməyə məruz qalan 300 min azərbaycanlının soyqrımına və deportasiyaya məruz qalması məsələsi bitməyib. Qərbi Azərbaycan İcması da bunda israrlıdır və bütün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Bu hazırda da davam edir. Əminik ki, Qərbi azərbaycanlılar tezliklə öz yurdlarına qayıdacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol