Nazirimiz həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət barəsində də ətraflı məlumat verib. Nazir Muxtar Tleuberdı isə hər iki ölkə prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bunun ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Nazirlər, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar. Ümumiyyətlə, son aylar həm Ceyhun Bayramovla, həm də Türkiyə təmsilçiləri ilə Orta Asiyanın rəsmiləri arasında çoxsaylı təmaslar baş tutub. Görünən odur ki, 44 günlük müharibədən sonra yaranmış regional şərait türk dünyası ölkələrinin əməkdaşlığı üçün real zəmin yaradıb.
Ən doğru yol Türkiyənin getdiyi yoldur
Turan
09:19 31.03.2021
Aktual
443
Azərbaycan da Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir
Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi - İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində görüşlər davam edir. Ötən gün Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Muxtar Tleuberdı ilə görüşüb. Görüş zamanı nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan və Qazaxıstan tərəfindən öz ərazilərində müasir nəqliyyat-tranzit infrastrukturlarının yaradıldığını qeyd edən Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Nazirimiz həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət barəsində də ətraflı məlumat verib. Nazir Muxtar Tleuberdı isə hər iki ölkə prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bunun ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Nazirlər, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar. Ümumiyyətlə, son aylar həm Ceyhun Bayramovla, həm də Türkiyə təmsilçiləri ilə Orta Asiyanın rəsmiləri arasında çoxsaylı təmaslar baş tutub. Görünən odur ki, 44 günlük müharibədən sonra yaranmış regional şərait türk dünyası ölkələrinin əməkdaşlığı üçün real zəmin yaradıb.
Azərbaycan və Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı rəsmi Bakının xarici siyasətinin şaxələnməsinin, genişlənməsinin hər zaman tərəfdarı olduğunu deyib. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycanın xarici siyasəti birtərəfli olmalı deyil. Yəni birmənalı qərbyönlü, yaxud rusyönümlü siyasətə meyl etməməliyik:
“Müxtəlif istiqamətlərə üstünlük verməliyik. Bunların da ən perspektivlisi, Azərbaycanın daha çox xeyir əldə edəcəyi və fayda verəcəyi, ümumi maraqlar üçün mühüm olan istiqamət – Orta Asiyanın türk dövlətləri ilə əməkdaşlıqdır. Orta Asiya ölkələri ilə kommunikasiya, nəqliyyat, təbii sərvətlər və digər sahələr üzrə ortaq əməkdaşlıq olduqca faydalıdır. Nəzərə alaq ki, Türkiyə də bu prosesin önündə gedir. Rəsmi Bakının Türkiyənin xarici siyasət prioritetlərinə önəm verməsi mühüm faktordur. Türkiyə və Azərbaycanın ortaq fəaliyyəti türk dünyasının birləşməsi baxımından faydalıdır. Məhz bu birliyin ətrafında önəmli əməkdaşlıqların qurulması, türk dövlətlərinin vəhdəti mümkündür”.
T.Abbaslının fikrincə, bugünədək istər Türkiyə, istərsə də Azərbaycanın Orta Asiyanın türk respublikaları ilə zəif əməkdaşlığı arzuolunmaz idi:
“Gec də olsa əlaqələrin inkişafı istiqamətində addımların atılması təqdirəlayiqdir. 44 günlük müharibədə tərəfdaş dövlətlərin nə qədər az olduğunun şahidi olduq. Haqq işimizdə belə birmənalı yanımızda durmaqdan çəkinən ölkələr var idi. Düşünürəm ki, Azərbaycanın xarici siyasətinin prioritetləri nəzərə alınarkən əsasən iki amilə üstünlük verilməlidir. Birincisi, qardaş Türkiyənin xarici siyasətinə diqqət yetirməliyik. İkincisi isə Vətən müharibəsinin nəticəsi ilə ortaya çıxan mənzərəni əsas götürməliyik. Bu təcrübələrdən çıxış edərək xarici siyasətimizi müəyyən etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya