
Ənənəvi "erməni cığallığı": Proseslərin ən ağır nüvəsi Paşinyan hökumətinin qətiyyətsizliyidir
13:11 23.01.2025
Aktual
599
Biz işimiz nəticəsində əldə olunmuş razılaşmaları press-relizlər şəklində dərc edirik və bu çərçivədən kənara çıxmırıq.
Bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan “Ermənistan” blokundan olan deputat Qarnik Danielyanın demarkasiya zamanı Əskipara-Kirants (Ermənistan-Gürcüstan avtomobil yolu) zolağından hər hansı bir hissənin Azərbaycana verilib-verilməyəcəyi ilə bağlı sualına cavabında deyib.
“Bizim təsdiq edilmiş əsasnaməmiz var və orada qərarların necə qəbul edildiyi və bu qərarların necə qüvvəyə mindiyi aydın şəkildə göstərilib. Bu çərçivədə siz öz sualınıza cavab tapa bilərsiniz”, - Qriqoryan bildirib.
Danielyan isə “Bəlkə siz zaldan soruşasınız ki, kimsə sizin dediyinizi başa düşüb, ya yox? Konkret sual verirəm və aydın cavab gözləyirəm” deyə sualını təkrarlayıb.
“Məsələnin vacibliyini və həssaslığını nəzərə alaraq, siz də bu cür məlumatı əldə etdiyiniz mənbəni açıqlamağa borclusunuz. Razılaşmaların əldə olunduğu məsələlər açıqlanır və məxfi qala bilməz. Son görüşdən bizim razılaşdığımızı əks etdirən press-reliz var. Əgər sizin dediyiniz bu müqavilədə yoxdursa, deməli, o, yoxdur”, - Qriqoryan da öz növbəsində vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi istiqamətində 16 yanvar görüşündə razılıq əldə edilib.
Politoloq Tofiq Abbasov "Sherg.az"a söyləyib ki, delimitasiya-demarkasiya məsələsinə yüngüllük gətirən məqam ondan ibarətdir ki, son təmaslar əsnasında artıq həm Bakı, həm də İrəvan prosesi davam etdirmək haqqında razılıq əldə ediblər:

"Əsas göstərici Azərbaycanın Ermənistandan ümumiyyətlə meydandan qaçma ənənəsini inkar etməsidir. Əgər razılıq əldə olunubsa, mütləq şəkildə üzərimizə düşən bütün öhdəlikləri də həyata keçiririk. Lakin Ermənistan bu mövzuda həmişə əngəllər törədir, süni bəhanələr gətirir. Həmçinin proseslərə aidiyyəti olmayan məsələlərə köklənərək göstərir ki, onun başqa istəkləri var. Dəfələrlə görürük ki, məhz rəsmi İrəvanın ucbatından proses ləngiyir. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistan əgər delimitasiya-demarkasiyanı istəmirsə, biz hardan lazım bilsək, oradan keçəcəyik. Yəni bu, onların da marağındadır ki, sərhəddə səhman yaradılsın və dəqiq işarələr qoyulsun ki, sonradan insidentlərə yol verilməsin. Digər tərəfdən Ermənistanda bu prosesə yekdil münasibət yoxdur. Mger Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevlə danışıqlarda dəfələrlə etiraf edib ki, onun üzərində böyük təzyiqlər var. Yəni zorla situasiyanı gərginləşdirmək, Azərbaycana əlverişsiz şərait yaratmaq üçün ondan əsası olmayan məsələlər tələb edirlər. Ümumiyyətlə Ermənistan çətin tərəf müqabilidir. Bu isə rəsmi İrəvanın qaydalar üzrə işləyə bilməmə bacarığından və ya delimitasiya-demarkasiyanı istəməməsindən doğur. Eyni zamanda Azərbaycan hər zaman qaydalara söykənir və beynəlxalq aktlara hörmətlə yanaşır".
Politoloq sərhədyanı kəndlərin müqəddəratına gəlincə vurğulayıb ki, 4 kəndi almalı idik, digər 4-ünün də məsələsi gündəmdədir:
"Bunlarla bağlı Ermənistan tərəfi dəqiq müəyyən etməlidir ki, bu kəndlərin onlara dəxli yoxdur. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə kommunikasiyaların işlənməsi, həmin ərazilərdə yaşayış məskənlərinin salınması və ümumiyyətlə infrastrukturun bərpası mövzusu gündəmdədir. Odur ki, məhz Azərbaycanın Nazirlər Kabineti bu işdə yaxından fəaliyyət göstərir. Digər tərəfdən bir həqiqətdir ki, proseslərin ən ağır nüvəsi Nikol Paşinyan hökumətinin qətiyyətsizliyidir. Çünki o, cəmiyyətdən qorxur və zəifliyini dərhal ermənilərin güzəşti kimi qələmə verməyə başlayır. Ənənəvi "erməni cığallığı" burada özünü əks etdirir. Azərbaycanın 8 kəndi zamanında işğal və anklav edilib, indi isə qaytarılması üçün əlavə şərhə ehtiyac duyulmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol