Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik

Artıq Akkuyu Atom Elektrik Stansiyası layihəsinin son mərhələsindəyik. Akkuyu Atom Elektrik Stansiyasının açılışı ilə digər elektrik stansiyalarının açılması istiqamətində birlikdə addımlar atacağıq.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüş zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin Türkiyənin Rusiya ilə kənd təsərrüfatı və enerji sahələrində güclü tərəfdaşlığı var.

"Akkuyu Atom Elektrik Stansiyası Türkiyə-Rusiya münasibətlərində böyük əhəmiyyət kəsb edir".