Ərdoğan Bakıya gəlir: Türkiyənin Azərbaycanda hərbi bazası yaradılır? – AKTUAL
Banuçiçək Kalbalıyeva
10:12 01.06.2021
Aktual
666
“Qoşulmama Hərəkatına üzvlüyü maneə yaratmır”
“Mümkündür ki, hərbi mövcudluq - hərbi baza, yaxud təmsilçilik – hərbi hava bazası da ola bilər- Zəngilanda olsun”
Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə ölkəmizdə səfərdə olacaq. Bu ərəfədə, daha dəqiq desək, iyunun 3-də isə Bakıda Azərbaycan- Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq. İki mühüm hadisənin eyni vaxta düşməsi beyinlərdə müxtəlif suallar yaradır- iki qardaş dövlət hansı ciddi addım atmağa hazırlaşırlar?
Siyasi analitik Asif Nərimanlı ölkəmizdə Türkiyənin hərbi bazasının yaradılması barədə “Sherg.az”a danışdı. Onun fikrincə, bunun üçün əngəl yoxdur:
“Türkiyənin Azərbaycanın üç şəhərində (Gəncə, Lənkəran və Qəbələ) hərbi baza aça biləcəyi xəbərləri bu ilin yanvarında yayılmışdı. Lakin rəsmi səviyyədə təkzib olundu və səbəb kimi Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü göstərildi. Qoşulmama Hərəkatının nizamnaməsində üzv dövlətlərin ərazisində digər ölkənin hərbi bazasının mövcud olması haqda qadağa qeyd olunmayıb. “Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək” qeydi üzv ölkələrin hərbi bloklara qoşulmamasını nəzərdə tutur. Rəsmi Bakının baza xəbərini həmin bloka üzvlüyə istinadən təkzib etməsinin iki səbəbi ola bilərdi: Birincisi, baza ilə bağlı hazırlıqların tam başa çatdırılmaması və proses tamamamlanmamış çıxan xəbərlərin yarada biləcəyi təhlükələri sığortalamaq; ikincisi isə kənar təzyiqləri, xüsusilə Rusiya və İranın mövqeyini neytrallaşdırmaq. Türkiyənin Azərbaycanda hərbi baza qura bilməsinə Qoşulmama Hərəkatına üzvlüyü maneə yaratmır. Çünki Türkiyənin həcmindən asılı olmayaraq, hərbi bazalarının mövcud olduğu ölkələr arasında Qoşulmama Hərəkatına üzv olanlar da var: İraq, Somali, Livan, Əfqanıstan, Qətər və s. Həmçinin Türkiyənin bazasının qurulması Azərbaycanın hansısa hərbi bloka qoşulması demək deyil. Nəhayət, Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın səviyyəsi belə bir təşəbbüsə imkan verir”.
Nərimanlının fikrincə, Türkiyənin Azərbaycanda hərbi baza yaratması üçün əsas var:
“İstisna deyil ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə olunacaq. Bu, indiki dövrdə hərbi baza kimi olmasa belə, hansısa təmsilçilik formatında mümkündür. İclasda Ərdoğanın Bakı səfərində imzalanacaq sənədin hazırlığının həyata keçiriləcəyi ehtimalı böyükdür. Bu kontekstdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Konya şəhərinə getməsi diqqət çəkir. Və bu, Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyi versiyasını da ön plana çıxarır”.
O, həmçinin bazanın harda yaradılması məsələsinə də toxundu: “Türkiyənin hərbi mövcudluğu hansı bölgədə ola bilər? Yanvar ayında yayılan xəbərdə üç şəhərin adı çəkilirdi. Hərçənd, indiki dövrdə işğaldan azad edilmiş ərazilərdə olması versiyası da istisna deyil. Mümkündür ki, hərbi mövcudluq - hərbi baza, yaxud təmsilçilik – hərbi hava bazası da ola bilər- Zəngilanda olsun. Çünki həmin bölgə Zəngəzur dəhlizinə yaxındır. Türkiyə bununla dəhlizin gələcək təhlükəsizliyini Naxçıvandan və Zəngilandan nəzarət altına alır. Zəngilanda aeroportun inşası layihəsinin olması da bu kontekstdə diqqət çəkir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək, lakin proseslərin inkişafı Ərdoğanın səfəri öncəsi Türkiyə və Azərbaycan generallarının qarşılıqlı səfərləri ciddi hazırlığın aparıldığını deməyə əsas verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə