Erməni cinayətkarların məhkəməsi: “Azərbaycan bütün məlumatları toplayıb”
Fidan Həmişəyeva
12:09 02.06.2021
Aktual
507
Yasamal Rayon Məhkəməsinin inzibati binasında erməni cinayətkarları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin iclası başlayıb. Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib.
İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı bəlli olub. Həmçinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Məhkəmə prosesini “Sherg.az”a dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycan erməni vəhşiliklərini göstərmək üçün həyatını itirmiş vətəndaşlarımız barəsində bütün məlumatları toplayıb:
“Eyni zamanda lazımi istintaq tədbirləri də görülərək protokollaşdırılıb. Məhz bu fəaliyyətin nəticəsində aşkara çıxarılıb ki, hansı ermənilər bu cinayətlərin törədilməsində rol alıblar? Artıq onların ikisi üzərində məhkəmə prosesi başlayıb. Bu, çox böyük bir məhkəmə prosesi olacaq, həm Ermənistanda, həm də dünyada izlənəcək. Ermənilər isə bu durumdan şou düzəltməyə çalışacaqlar. Lakin bütün həqiqətləri üzə çıxarmış olacağıq.
Azərbaycan tərəfində xeyli erməni terrorçusu var. Onların şəxsiyyətlərinin müəyyənləşməsi üzərində iş aparılır ki, hansısa cinayətlərdə əli olanlar məhkəmə qarşısına çıxarılsın. Bütün bunlar Azərbaycanın öz gücü ilə etdikləridir. Amma məsələ ilə bağlı dünyadan kömək gözləsək, nəsə əldə edə bilmərik. 30 il gözlədik, hansısa nəticə olmadı. Ancaq hər bir faktı dünyaya açıq şəkildə çatdırırıq və buna davam edəcəyik. Beynəlxalq təşkilatlar da tədbir görmədiklərinə görə utansınlar və vicdan əzabı çəksinlər ki, 30 ildə BMT-nin verdiyi qərarları eyrinə yetirə bilmədilər. Azərbaycan isə təkbaşına və öz gücü ilə bunu etdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət