Erməni əsgərin atası: “Gedib Azərbaycan pasportu alacağam”
Erməni əsgərin atası: “Gedib Azərbaycan pasportu alacağam”
Yusif Nəzərli
10:52 19.07.2023
Aktual
457
Ermənistan Müdafiə Nazirliyinin Üçkilsədə yerləşən “Ximiki” hərbi hissəsinin itkin düşmüş hərbçilərinin valideynləri İrəvana yollanaraq, hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, onlar Nikol Paşinyanla görüş tələb edirlər.
“Üç ilə yaxındır ki, oğullarımızla bağlı heç bir xəbər eşitmirik, Milli Təhlükəsizlik Xidməti normal işləmir, bütün strukturlar uşaqlarımızı unudublar. Nikol Paşinyan, de görüm, uşaqlarımız haradadır?” - deyə erməni əsgərlərindən birinin valideyni deyib.
O, həmçinin əlavə edib ki, Ermənistan hakimiyyəti üç ildir ki, “yatıb”.
“Məhkəmə işləmir, biz hər dəfə 100 km gedib-gəlirik, sonda hakim beş dəqiqə aşağı düşür, bir-iki yalan söz deyir, bizi geri göndərir və deyir: iki aydan sonra qayıdın, beş ay sonra gəlin.
İnsanları gərəksiz addımlar atmağa məcbur etməsinlər, amma bəlkə, buna mən qərar verərəm. Ola bilər ki, maşınıma bayraq taxıb Azərbaycana gedim. Deyəcəyəm ki, mən Azərbaycan vətəndaşı olmaq istəyirəm, Ermənistan vətəndaşı olmaq istəmirəm. Oğlumu mənə qaytarın, gedib Azərbaycan pasportu alacağam”, - deyə o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl erməni əsgərlərin valideynləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında aksiya keçirərək, qurumun rəhbəri Armen Abazyanla görüş tələb ediblər, lakin sonuncu onları qəbul etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm