“Erməni mobil operatorlarının Qarabağda işləməsi qanunsuzdur” – Son qoyuldu!
Fidan Həmişəyeva
14:21 26.08.2021
Aktual
1056
“Hər hansı bir dövlətin ərazisində yalnız həmin dövlətin lisenziyalaşdırdığı mobil operatorlar fəaliyyət göstərməlidir”
“Ona görə də Azərbaycan haqlı olaraq bu məsələyə son qoyub”
Son vaxtlar qohum və tanışları gizli şəkildə Qarabağa gələn ermənilər onlarla əlaqənin itdiyindən gileylənirlər. Səbəb Azərbaycanın öz ərazisində qanunsuz erməni mobil operatorlarının siqnalını bloklamasıdır. Bu haqda erməni sosial şəbəkəsində xeyli fikirlər yazılır.
Eyni zamanda, Qarabağ ərzisində mobil internet də işləmir ki, bu da erməni sosial şəbəkə təxribatçılarının əl-qolunu bağlayaraq, sevimli fəaliyyətlərini həyata keçirmələrinə imkan vermir.
Məsələn, “odnoklassniki” sosial şəbəkəsinin Anait Xaçatryan adlı istifadəçisi Qərbi Azərbaycanın Ellər rayon mərkəzindən (Ermənilər ora “Abovyan” deyirlər) yazır ki, bir neçə gündür, Qarabağdakı qohumları ilə əlaqə saxlaya bilmir: “Ya onlara zəng çatmır, ya da dərhal itir. SMS göndərəndə də eyni şey olur”.
Ermənilərin çoxunun yazdıqlarından belə anlaşılır ki, Ağdərədə, Şuşa ətrafında, Xocavənddə, hətta Xankəndində analoji vəziyyət hökm sürür.
Azərbaycan öz ərazisində qanunsuz fəaliyyət göstərən erməni mobil operatorlarını bloklamaq hüququna malikdir. Əgər bu, erməniləri narahat edirsə, qoy, münaqişənin dinc yolla tam nizamlanmasına hələ də müxtəlif yollarla əngəllər törətməyə çalışan hərbi-siyasi rəhbərliklərinə şikəylətlənsinlər.
Mövcud durumu “Sherg.az”a şərh edən İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov bildirib ki, beynəlxalq qanunvericiliyə görə, hər hansı bir dövlətin ərazisində yalnız həmin dövlətin lisenziyalaşdırdığı mobil operatorlar fəaliyyət göstərməlidir:
“Məlumdur ki, Azərbaycan mobil operatorları “Azercell”, “Bakcell” və “Nar”dır. Onların ölkəmizin ərazisində fəaliyyət göstərmək üçün lisenziyası var. Digər ölkənin mobil operatorlarının Azərbaycanda istifadəsi qanunvericiliyə ziddir.
Ona görə də Azərbaycan dövləti erməni mobil operatorlarının fəaliyyətini bloklayıb. Bu, normal bir praktikadır və bütün dünyada belədir. Ancaq Afrikada mobil rabitə ölkə daxilində yox, ölkələrarası provayderlərlə formalaşıb.
Çünki orada iqtisadi durum çox ağırdır. Ona görə də Afrikada bir neçə ölkənin mobil operatoru yaradılıb. Bu, tamamilə ayrı bir məsələdir”.
İcraçı direktorun sözlərinə görə, digər mobil operatorlar ölkəmizə daxil olarsa, onlar rominq vasitəsilə mobil rabitədən istifadə edə bilərlər:
“Yəni hansısa xarici mobil operator Azərbaycanla müqavilə bağlayır və həmin xarici abonentlərə ərazimizdə müqavilə əsasında rominq xidmətləri göstərilməlidir. Əks halda xarici abonentlər xidmətdən istifadə edə bilməzlər. Məlumdur ki, rominq xidmətləri də qlobal olaraq tənzimlənir. Erməni mobil operatorlarının isə Qarabağda işləməsi qeyri-qanunidir. Ona görə də Azərbaycan haqlı olaraq bu məsələyə son qoyub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm