Erməni nazir Moskvaya qaçdı: “Rusiyanı proseslərə cəlb etmək...”
Banuçiçək Kalbalıyeva
10:54 27.05.2021
Aktual
700
Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqarşaq Arutyunyan Rusiyaya qaçıb.
O, hazırda Moskvadadır. V.Arutyunyan iki ölkə arasında hərbi-siyasi əməkdaşlıqla bağlı danışıqlar aparmaq niyyətindədir. Deyəsən, yenə də “pişiyin quyruğu qapıda qalıb”. Nə edək, bu da onların “milli mentalitetidir”...
Siyasi analitik Turab Rzayev Arutunyanın Moskvaya səfəri barədə “Sherg.az”a danışdı:
“Ermənistan Azərbaycanı pis vəziyyətə salmaq, özünü haqlı göstərmək istəyir. Məsələ ondan ibarətdir ki, KTMT Qarabağ müharibəsinə müdaxilə edə bilmədi.
Çünki Ermənistan üçün təhdid yox idi. İndi rəsmi İrəvan bütün vasitərlə Azərbaycanın Ermənistan sərhəddini pozmasına və ya hadisələri belə təqdim etməyə çalışır.
Bir neçə ehtimal var: Rusiyanı əvvəl-axır proseslərə qarışmağa məcbur etmək. Hərçənd, bu, o qədər də real görünmür. İkincisi, Rusiyanın Ermənistanı müdafiə etmədiyini göstərmək və məğlubiyyətdə bütün məsuliyyəti şimal qonşumuzun boynuna atmaqdır. Habelə düşmən Qərblə yaxınlaşmaq, Avropadan kömək almaq üçün özünə zəmin yaradır”.
T.Rzayevin fikrincə, genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir:
“Bizim Ermənistan ərazisini hədəf almaq niyyətimiz yoxdur. Düşmənin isə gücü qalmayıb. Xüsusilə xaricdən dəstək almasa, istəsə də nə isə edə bilməz. Amma sərhəd toqquşmaları istisna deyil. Növbəti təxribat cəhdləri olarsa, təbii ki, diversantlar zərərsizləşdiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə