“Erməni terrorçuların qaytarılması danışıqlar predmeti olmamalıdır” - AKTUAL
Fidan Həmişəyeva
10:35 19.05.2021
Aktual
680
10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Qazaxın 7, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması öz əksini tapıb. Lakin məsələ hələ də həlsiz qalıb. Kəndlərin qaytarılması zaman-zaman gündəmə gətirilir, müəyyən iddialar irəli sürülür. Hətta belə bir fikir bildirilir ki, üçtərəfli bəyanatdan sonra ərazilərimizə müdaxilə edən erməni terrorçularını təhvil verib, qarşılığında sözügedən kəndlər qaytarılmalıdır.
Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.
Şifahi razılaşmaya əsasən, Qarabağdakı bütün erməni silahlıları çıxarılır. Eyni zamanda, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapsa da, bu məsələni gündəmdən çıxarmağa çalışdılar:
“Lakin Azərbaycan Prezidenti zaman-zaman məsələni gündəmə gətirir. Erməni terrorçularını təhvil verməklə Qazaxın 7, Naxçıvanın isə Kərki kəndinin qaytarılması yolverilməzdir. Çünki Azərbaycan dövlət olaraq həm döyüş meydanında, həm də masa arxasında birmənalı şəkildə qələbə qazanıb. Ona görə də belə addımın atılması zəfərə kölgə salınmış kimi qiymətləndirilə bilər. Elan etmişik ki, erməni terrorçuları atəşkəsdən sonra Azərbaycan ərazisinə girib terror törətmək istəyən təxribatçılardır. Onları həmin kəndlərə dəyişmək Azərbaycana diplomatik və hərbi uğur gətirməz. Fikrimcə, bu məsələnin gündəmə gətirilməsində daha çox ermənilərin rolu var. Onlar “5-ci kolon”un vasitəsilə mövzunu gündəmə gətirirlər. Yəni gələcəkdə Azərbaycanı ikitərəfli danışıqlardan qaçan kimi təqdim etmək istəyirlər. Təəssüf ki, mediamız da məsələni dərk etmədən tirajlayır”.
C.Nuriyevin sözlərinə görə, onsuz da sözügedən kəndlər qaytarılmalıdır:
“Kəndləri almaq üçün əvəzində əlimizdə ən böyük fürsət olan erməni terrorçularının təhvil verilməsi daha təhlükəlidir. Hansı zəmanətimiz var ki, həmin ermənilər Ermənistana qaytarılandan sonra Qarabağa gəlib terror törətməyəcəklər? Çünki ermənilər ömrü boyu verdikləri heç bir sözə əməl etməyiblər. Ona görə də bu tipli məsələlərdə aldanmaq olmaz. Adam Qults adlı alman tədqiqatçısı var. O, “Anadoluya səyahət” əsərində yazır ki, “ermənilərə zərrə qədər də inanmaq olmaz, onlar yalan danışmaqda çox “mahirdirlər”. 100 il bundan öncə yazılmış əsərdə belə fikirlər var. Niyə özümüzdən Amerika kəşf edək ki?. Fikrimcə, erməni terroristlərinin kəndlər qarşılığında qaytarılması danışıqlar predmeti olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat