Ermənilər reinteqrasiya ilə bağlı açdığımız saytı bloklayıb
Ermənilər reinteqrasiya ilə bağlı açdığımız saytı bloklayıb
Yusif Nəzərli
11:24 05.10.2023
Aktual
434
Əsas məqsəd reinteqrasiya prosesinə mane olmaq, vaxtı uzatmaqdır
Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilib. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə yanaşı Ermənistan ərazisinə gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, Ermənistanın bir sıra provayderləri Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistanın provayderləri tərəfindən bağlanıb.
Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub.
Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.
Ermənistan hakimiyyətinin planlarını “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, əsas səbəb gedən proseslərin Ermənistana sərf etməməsidir:
“İrəvan hakimiyyətinin saytı bloklamaqda bir sıra məqsədi var. Əsas səbəb reinteqrasiya prosesinin vaxtını uzatmaqdır. Son yaşanan hadisələr onların planlarının baş tutmamasına gətirib çıxarır. Belə ki, onlar erməni köçü yaranacağını və bunun reinteqrasiya prosesinə problem yaradacağını düşünürdülər. Hakimiyyətin bacarıqsızlığından və mənfi güzərandan yaxa qurtararaq Azərbayacan vətəndaşlığı almaq istəyənlərin çoxluq təşkil etməsi bu planın pozulmasına səbəb oldu. Erməni əhali artıq Azərbaycan vətəndaşlığı üçün bu sayt vasitəsilə rəsmi olaraq müraciətlər edirlər. Bundan sonra Ermənistan köç edən erməni sayının 100 mindən çox olduğu yalanına əl atdı. Bununla onlar xarici qüvvələrdən humanitar yardım adı altında pul toplamağa çalışırlar. Amma yaxın zamanda Azərbaycan tərəfin düzgün rəqəmləri açıqlayacağını bilirlər. Çünki sözügedən proses təktərəfli baş tutmur. Azərbaycan tərəfi də öz ərazisini tərk edən erməni əhalisini qeydiyyata alır. Nəticə etibarilə Azərbaycan bu rəqəmi açıqladıqda bütün dünya bu rəqəmin 3-4 dəfə şişirdilərək göstərildiyinin şahidi olacaq. Paşinyan hakimiyyətini narahat edən digər bir məqam isə Qarabağdan köç edən erməni əhalisinin bu sayt vasitəsilə yenidən Azərbaycan vətəndaşlığı üçün müraciət etməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual