Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir - SƏFALƏT
06:49 11.11.2019
Aktual
575
Ermənistanda bu ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub.
Belə ki, Ermənistan hökumətinin rəsmi “Facebook” səhifəsində ölkənin Miqrasiya Xidmətinə istinadən bu barədə statistik məlumatlar paylaşılıb.
Statistikaya görə, ölkədən əhalinin köçü davam edir, lakin bu il azalma müşahidə olunub. Yəni 2018-ci ildə sentyabr ayına kimi ölkəni 15 695 nədər tərk etmişdisə, bu ilin ilk 10 ayı ərzində bu rəqəm 9857 nəfər olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər ölkə əhalisinin sayının beş milyon nəfər olmasını strateji planı kimi açıqlayıb. Hazırda ölkə əhalisi 2,9 milyondur.
İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərinə şübhəli yanaşırlar. Onlar bildiriblər ki, Ermənistandan işçi axını azalmır, əksinə dayanmadan artır.
Erməni iqtisadçısı Tadevos Avetisyan deyib ki, təkcə son üç ay ərzində əmək bazarında 51 500 nəfər işsiz azalıb. Bu tendensiya, əsasən, mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı bir həyat axtarışı üçün ölkəni tərk edirlər.
Milli Statistika Xidmətinin məlumatına görə, Ermənistan əhalisi azalmaqda davam edir: əhalinin sayı cari ilin oktyabr ayının 1-i ötən ilin doqquz ayı ilə müqayisədə 11,700 nəfər azalaraq 2.957.500 nəfər olub, 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə əhalisi 22,1 min nəfər azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual