"Ermənistan hazır deyil, sülh sazişinin imzalanması yubanacaq" - POLİTOLOQ
Yusif Nəzərli
09:53 23.07.2023
Aktual
469
"Nikol Paşinyanın “Frans Press” agentliyinə geniş müsahibəsindən bu nəticəyə gəlmək olar ki, sözdə “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyən Ermənistanın baş naziri Azərbaycanla bu əsasda sülh sazişi imzalamağa hazır deyil, “Qarabağ ermənilərinin hüquqları” məsələsini gündəmdə saxlamağa çalışır. Belə olan halda sülh sazişinin imzalanması yubanacaq".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Nikol Paşinyan müsahibəsində jurnalistin Ermənistanın Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında balansı necə saxladığıyla dair sualına cavab olaraq deyib ki, İrəvanın illər uzun komplimentar xarici siyasəti yanlış idi: “Ermənistan üçün bu xarici siyasət kökündən yanlış idi. Bu yanlışlığın tarixi uzundur, 30 il deyil, 100 ildən də o tərəfə gedib çıxır. Ermənistan Rusiya ilə Qərb arasında deyil, 4 qonşusu – Gürcüstan, Türkiyə, İran və Azərbaycan arasında yaşayır. Biz bu qonşular arasında təhlükəsiz həyatımızı təmin etməliyik”.
Ekspert hesab edir ki, Paşinyan özü-özünün ziddinə gedir. Bir tərəfdən haqlı olaraq qonşularıyla normal münasibətlərin Ermənistanın təhlükəsiz varlığı üçün əsas olduğunu bildirir, digər tərəfdən müharibə vəziyyətində olduğu qonşusu – Azərbaycanla məsələlərin həllini gecikdirir:
"Paşinyan müsahibəsində ermənilərin “soyqırım” kimi qələmə verdiyi olayların da Rusiya imperiyasının əlində alət olmasıyla və bu imperiyanın dağılmasından sonra Türkiyə ilə üz-üzə qalmasıyla əlaqələndirib. Əslində Paşinyan demək istəyib ki, Osmanlı Türkiyəsində yaşayan ermənilər xəyanət edərək Rusiya imperiyasının oyununa qatılıblar və nəticədə məğlub olublar. Ermənilərin radikal kəsimi yenə də Rusiyanın oyununda iştirak etidklərindən onlar üçün nəticə fərqli olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya