"Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına xüsusi əhəmiyyət veririk" - Şoyqu
Yusif Nəzərli
11:32 09.12.2022
Aktual
444
Rusiya Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılması üçün edilən yardıma xüsusi əhəmiyyət verir.
Ordu.az xəbər verir ki, bunu Rusiya MN rəhbəri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada keçirilən iclası çərçivəsində baş tutan görüşündə deyib.
Qeyd olunub ki, Ermənistan və Rusiyanın Müdafiə Nazirliklərinin rəhbərləri iki ölkə arasında gələn il üçün əməkdaşlıq planını təsdiqləyiblər.
"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bizim müttəfiqimiz və Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır. Biz bu regionda sabitliyin qorunub saxlanmasında olduqca maraqlıyıq və bunun üçün də bütün səylərimizi göstəririk. Biz ikitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılması sahəsində yardıma xüsusi əhəmiyyət veririk”, - Şoyqu əlavə edib.
Papikyan isə öz növbəsində qeyd edib ki, bu il Şoyqu ilə dördüncü görüşüdür.
"Biz sizin təşəbbüsünüzü və sammitin təşkili ilə bağlı səylərinizi yüksək qiymətləndiririk. Dekabr ayı görülən işlərə yekun vurmaq və gələcək üçün planlar haqqında düşünməyin vaxtıdır", - Papikyan bildirib.
Xatırladaq ki, bu gün Moskvada ŞƏT və MDB ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşü keçirilib və yekunda birgə razılaşmalar imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm