“Ermənistan sülh müqaviləsi bağlamasa, ağır bədəl ödəyəcək” - Müharibə ehtimalı
Fidan Həmişəyeva
11:14 17.07.2021
Aktual
868
“Ermənistanın sülh müqaviləsi bağlamaması, sərhədləri və Azərbaycan əraizlərini tanımaması yeni bir situasiyadır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev söyləyib.
Onun sözlərinə görə, bu gündən sonra ərazilərimizdə təxribat olacaqsa, atəşkəs pozulacaqsa, bütün bunlar Azərbaycan ərazilərində elan olunmamış ikinci müharibə deməkdir.
“Ermənistan illər boyu işğal etdiyi ərazilərimizdə qondarma rejim qurmuşdu. Bu rejim hətta Azərbaycanda yaşayan erməni əsilli azərbaycanlıların da hüququnu pozurdu. 44 günlük müharibədə bütün bunlara son qoyduq, Ermənistanı məğlub etdik və savaş bitdi. Ölkə başçısının da dediyi kimi nə Dağlıq Qarabağ muxtar vilayəti deyilən bir anlayış var, nə də hansısa statusdan söhbət gedə bilər.
Prezidentimizin fərmanı ilə Qarabağ iqtisadi bölgəsi yaranıb.
Ölkə prezidenti Xocasəndəki çıxışında bildirdi ki, ermənilər daha ağır bədəl ödəmək məcburiyyətində qalacaqlar. Birincisi, Ermənistan-Azərbaycan savaşı bitdi və düşmən ağır məğlubiyyətə uğradı. İkincisi, bu proses beynəlxalq müstəvidə davam edir. Biz təzminatlarımızın ödənilməsi üçün mübarizəmizi davam etdirəcəyik. Ermənistan bu təzminatları ödəmək məcburiyyətindədir. Kommunikasiyaların açılmasına dair də işlər görüləcək. Lakin indiki mərhələdə Ermənistan bu reallığı qəbul edib, sülh sazişi bağlayıb ərazi bütövlüyümüzü tanımayacaqsa, bu, yeni müharibə səbəbidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət