Ermənistana təxribat tapşırığı! – “Hədəf Minsk Qrupunu “dirçəltməkdir””
Banuçiçək Kalbalıyeva
13:04 05.08.2021
Aktual
771
“Sərhəddə “hazır ol” əmri verən müdafiə naziri Zakir Həsənov ardınca Qarabağa getdi: azad olunmuş ərazilərdə ordunun döyüş qabiliyyətinin artırılması ilə bağlı tapşırıqlar verilib. Ordu iki cəbhədə də hazırdır...”.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov analitikin fikirlərini “Sherg.az”a dəyərləndirdi:
“Biz işlərimizi düşmənin hərəkətlərinə görə yox, əvvəlcədən müəyyənləşdirilmiş proqrama görə həyata keçiririk. Əlbəttə, təxribatlar məqsədlidir. Belə hallar gözlənilən idi. Gələcəkdə də olacaq. Çünki Ermənistana konkret tapşırıq olub. Hədəf ATƏT-in Minsk Qrupunu “dirçəltməkdir””.
Ü. Cəfərov, həmçinin bildirdi ki, Azərbaycan düşmənin istənilən provokasiyasına adekvat cavab verəcək:
“Heç bir çətinlimiz, nahatlığımız yoxdur. Əvvəllər daha təmkinli davranırdıq. Sülhməramlılar vasitəsilə erməniləri “ağıllandırmağa” çalışırdıq. İndi isə tapşırıq verilib ki, düşmənin təxribatının qarşısı alınsın. Delimitasiya və demarkasiya prosesindən sonra ermənilər Azərbaycan qanunlarına əməl etməkdən boyun qaçırsalar, anti-terror əməliyyatı keçiriləcək. Və bu zaman iş sərhəd qoşunlarının yox, daxili qoşunların öhdəsinə düşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat