Ermənistanda ordusunda general “ovu”: “Zəngəzur dəhlizinə sabotaj...”
Banuçiçək Kalbalıyeva
09:45 06.05.2021
Aktual
820
“Ona görə də Paşinyan bu generalları ordudan “təmizləməklə” qarşısında olan maneləri aradan qaldıracaq”
“Beləliklə, həmçinin Rusiyanın orduda mövqeyini zəiflədəcək”
“Ermənistanda siyasi-hərbi vəziyyət növbəti dəfə gərgin mərhələyə keçir. Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən generallara qarşı cinayət işi açdıraraq ordudan xaric edib, həbs etdirməyi planlayır. Sabiq Baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdikdən sonra, onunla birgə istefa bəyannaməsinə imza atan generallara “dəyməyəcəyini” yeni Baş qərargah rəisi Artak Davityan vasitəsilə onların nəzərlərinə çatdırmışdı. Təbii ki, bu, Paşinyanın manevri idi”.- Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Məsələ barədə “Sherg.az”a danışan analitikin sözlərinə görə, Ermənistan silahlı qüvvələrində “islahatlar” davam edəcək:
“Demək olar ki, ordu korpus komandirləri Paşinyanın istefasını tələb edən imzaya malikdirlər. Paşinyan prosesləri nəzarətə aldıqdan sonra onları orduda saxlamağı özünün hakimiyyətinə qarşı təhlükə hesab edir. Paşinyanın istefasını tələb edən və orduda əsas vəzifələrdə olan bu generallar Rusiyaya və Köçaryana bağlı şəxslərdirlər. Ona görə də onları zərərləşdirmək Paşinyanın strateji planındadır. Onları orduda saxlamaq Köçəryan və Rusiyanın generallarını saxlamaq deməkdir. Həmin zabitlərin orduda qalması Paşinyanın islahatarına mane olacaq. Generallar xüsusilə Azərbaycanla əlaqələrin normallaşdırılmasına və Zəngəzur dəhlizinin açılmasını sabotaj edəcəklər. Ona görə də Paşinyan bu generalları ordudan “təmizləməklə” qarşısında olan maneləri aradan qaldıracaq. Beləliklə, həmçinin Rusiyanın orduda mövqeyini zəiflədəcək”.
M. Əsədullazadə, həmçinin bildirdi ki, orduda atılacaq addımlar mövcud iqtidar üçün çox əhəmiyyətlidir:
“Paşinyan generalları ordudan uzaqlaşdırmaqla özünün hakimiyyətini gücləndirəcək. Birinci, ona qarşı çıxan genaralları çıxarmaqla hərbi çevriliş cəhdinin təkararlanmasının qarşını alır. İkinci, Rusiya və “Qarabağ klanı”nın ordu ilə əlaqəsini kəsir. Üçüncü, orduda revanşizmin qarşısını alır və silahlı qüvvələri yenidən komplektləşdirir. Dördüncü, Azərbaycanla normallaşma əlaqələrinə və Zəngəzur dəhlizinə maneəni aradan qaldırır. Zəngilan istiqamətində Azərbaycana qarşı atəş həyata keçirən məhz Rusiyaya bağlı bu generallardır. Əgər Paşinyan onun istefasını tələb edən generalları ordudan uzaqlaşdırmasa, hakimiyyətinə və aparacağı islahatlara təhlükə qalacaq. Ona görə də Baş Qərargah rəisininin birinci müavinindən başlayaraq prosesə start verib. Növbə digər generallara çatacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət