Ermənistanın demarkasiya və delimitasiya ilə bağlı mövqeyi qismən dəyişib - Elçin Mirzəbəyli
Turan
15:07 22.08.2021
Aktual
674
"Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan son müsahibələrində “demarkasiya və delimitasiyanın Azərbaycanla Ermənistan arasında, Qarabağ məsələsinə toxunulmadan baş tutacağını” bildiriblər".
"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Analitik vurğulayıb ki, onların qənaətinə görə, “Qarabağ məsələsi” üçün xüsusi və yeganə format ATƏT-in Minsk qrupunun həmsədrlik institutudur:
"Göründüyü kimi, Ermənistan tərəfinin demarkasiya və delimitasiya ilə bağlı mövqeyi qismən dəyişib. Bundan öncə rəsmi İrəvan prosesin üçüncü tərəflərin vasitəçiliyi həyata keçirilməsinin vacibliyini vurğulayırdı. Bununla yanaşı, Paşinyan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bağlı iddialarını hələ də davam etdirməkdədir. Rəsmi Bakı tərəfindən onlara sülh sazişi haqqında təklifin daxil olmadığını bildirən Ermənistan təmsilçilərinin qənaətinə görə, dayanıqlı sülh üçün Qarabağda yaşayan etnik ermənilərin öncə yaşamaq, sonra isə öz müqəddəratını tanıma “hüququ” həmsədrlik institutu çərçivəsində müzakirə olunmalıdır. Məlum olduğu kimi, hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin “yaşama hüququ” ilə bağlı heç bir problem yoxdur. “Öz müqəddəratını təyin etmə” ilə bağlı iddialar isə müzakirə mövzusu olma bilməz və bu məsələ Azərbaycam üçün bitmiş hesab olunur".
E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan işğaldan öncə də erməni tərəfinin “status” iddialarını qəbul etmirdi:
"İndi Ermənistanın acı məğlubiyyəti ilə başa çatan 44 günlük müharibədən sonra bu məsələnin gündəmə gətirilməsi mövcud reallıqlara, həmçinin hər zaman olduğu kimi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun deyil. Bu isə o deməkdir ki, bizim ATƏT-in Minsk qrupu hənsədrlərinin vasitəçiliyi ilə Ermənistanla müzakirə edəcəyimiz heç bir mövzu yoxdur. Bu baxımdan, Ermənistan təhlükəsizlik şurası katibi və xarici işlər nazirinin açıqlamalarının yalnız ““demarkasiya və delimitasiyanın Azərbaycanla Ermənistan arasında, “Qarabağ məsələsi”nə toxunulmadan baş tutacağı” ilə bağlı hissəsini nəzərə almaq lazımdır. “Qarabağ məsələsi”nə gəldikdə isə bizim üçün belə bir məsələnin olmadığını, Azərbaycan ərazilərindəki bütün məsələlərin olkəmizin daxili işi olduğunu təkrarlamağa ehtiyac duymuram.
Ermənistan hökuməti “demarkasiya və delimitasiya” məsələsində olduğu kimi, Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı reallığı da gec-tez qəbul etmək məcburiyyətində qalacaq, çünki başqa alternativi yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya
Zaxarova: Rusların öldürülməsinə çağırışlar yolverilməzdir
11:44 12.08.2026
Gündəm