Ermənistanın indiki toponimləri qondarmadır
Turan
00:11 20.08.2021
Aktual
536
Musa Qasımlı: "1930-1939-cu ildə 100-ə, 1940-cı ildə isə 30-a yaxın yaşayış yerinin adı dəyişdirilib və erməniləşdirilib "
Prezident İlham Əliyevin avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı toxunduğu mühüm məsələlərdən biri də ermənilərin qədim Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki toponimlərimizi saxtalaşdırmaları ilə bağlı idi. Dövlət başçısı vurğulayıb ki, tarixi Basarkeçər rayonuna Ermənistanda “Vardenis” deyilir.
Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. Ölkə rəhbəri vurğulayıb ki, 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb: “Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olub. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalıblar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoyub. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”. Prezident bəyan edib ki, həm Qarabağ, həm Zəngəzur tarixi dədə-baba torpağımızdır.
Məlumata görə, XX əsrin əvvəllərində bu gün Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ad dəyişdirilməsində məqsəd Azərbaycan izinin silinməsi olub. Toponimlərin dəyişdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra daha da sürətlənib.
Millət vəkili, tarixçi-alim Musa Qasımlı bildirib ki, ermənilər regionda aborigen olmadıqları, gəlmə, yad olduqları üçün indiki Ermənistan ərazisindəki toponimlər də qondarmadır. Tarixçinin sözlərinə görə, həmin adların tarixi, etno-mədəni kökləri yoxdur: “Bundan ötrü Qafqaz hərbi dairəsinin topoqrafika şöbəsinin 1903-cü il tarixli xəritəsinə baxmaq kifayətdir. Yerli, aborigen əhali olan azərbaycanlıların Ermənistanda olan yaşayış yerlərinin adlarının dəyişdirilməsi müəyyən sxem üzrə həyata keçirilib: - Xaricdən erməniləri gətirib yerləşdiriblər, böhranlı anlarda azərbaycanlıları sıxışdırıb, yaşayış yerlərindən qovaraq həmin məntəqələri ələ keçiriblər, daha sonra rəsmi qərarlarla adları dəyişdiriblər. Digər üsullardan da istifadə olunub. Yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan rəsmi sovet hakimiyyət orqanlarının qərarları əsasında həyata keçirilib. XX əsrin 30-cu illərinin əvvəllərində bu proses müvəqqəti olaraq dayandırılıb. Lakin 1935-ci il 3 yanvar tarixli fərmanla 29 rayonda azərbaycanlılara məxsus 72 yaşayış məntəqəsinin adı dəyişdirilib. 1930-1939-cu ildə 100-ə, 1940-cı ildə isə 30-a yaxın yaşayış yerinin adı Ermənistan SSR qanunverici orqanının qərarları ilə dəyişdirilib və erməniləşdirilib”.
M.Qasımlı vurğulayıb ki, proses 1945-ci ildən sonra da davam etdirilib: “1960-1969-cu illərdə azərbaycanlılara məxsus 70-dək yaşayış yerinin adı dəyişdirilib. Sonuncu belə qərar XX əsrin 90-cı illərində qəbul edilib.1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən azərbaycanlılara məxsus sonuncu 94 kəndin adı dəyişdirilib və Ermənistan erməniləşdirilib. Ermənilər bu faktları inkar edə bilməzlər. Ermənistanın qanunverici orqanının rəsmi sənədlərinə baxmaları kifayətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm