Əşrəf Qani Əfqanıstanı niyə tərk edib?- Səs yazısı yayıldı


Məlum olduğu kimi, avqustun 15-də Talibanın Əfqanıstanı mühasirəyə almasından sonra prezident Əşrəf Qani nağd pul dolu dörd maşın və bir helikopterlə ölkəni tərk etmişdi. “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir ki, dövlət başçısının qaçmasının gizlin məqamları ortaya çıxıb. Belə ki, proseslərdən əvvəl- iyulun 23-də Qaninin ABŞ prezidenti Co Baydenlə olan telefon danışığının səs yazısı yayılıb. İddiaya görə, Bayden baş verənlərlə bağlı təsəvvürləri dəyişmək üçün Qaniyə təzyiq göstərib. 
 Qani hazırda BƏƏ-də olduğunu və yaxın zamanda Əfqanıstana qayıdacağını deyib. O, bildirib ki, qan töküldüyünə görə qaçıb. “İndi pulsuzam, bir cüt ayaqqabı və bir neçə əşyadan başqa özümlə heç nə götürməmişəm”- deyə prezident vurğulayıb.