
ETİRAZ:”İstehsalçılar vaxtı keçmiş məhsulu "bəzəyib” marketlərə göndərir”
Yusif Nəzərli
12:06 15.10.2021
Aktual
628
"Yararsız məhsulların məhv olma prosesi demək olar, yoxdur”
“Yararlılıq vaxtı keçmiş məhsullar marketlərdə yığılır, istehsalçıya qaytarılır”
“Məmurlar bizneslə məşğul olduğu, insanların sağlamlığı düşünülmədiyi müddətcə vəziyyət belə olacaq”
“Azərbaycan vətəndaşları apteklərdə, klinikalarda növbədə dayanacaq”
Xəbər verdiyimiz kimi, Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Qurbanov Etibar Əlipaşa oğluna məxsus qida məhsullarının saxlanıldığı anbara baxış keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, istifadə müddəti bitmiş, kif və göbələklərlə örtülmüş, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan ümumi çəkisi 180 kq müxtəlif növ kolbasa məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.
Belə hallarla bağı dəfələrlə xəbərdarlıq edilir, baxış keçirilir, amma görünür ki, hələ də nəticə çıxarmayanlar var.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, hər gün 10 tonlarla məhsulun yararlılıq vaxtı keçir:
"Yararsız məhsulların məhv olma prosesi demək olar, yoxdur. Yararlılıq vaxtı keçmiş məhsullar marketlərdə yığılır, istehsalçıya qaytarılır. İstehsalçı da onu "bəzəyir", yenidən marketlərə göndərir.
AQTA İctimai Şurası ilə bu məsələni müzakirə etdik. Qərb bölgəsində xarab kartofların məhv edilməsində iştirak etməyə çağırmışdılar. Dedim, sahibkarın çürük kartoflarına “fatihə vermək”də marağım yoxdur. Mənə hər gün marketdən çıxarılan 10 tonlarla məhsulun taleyi maraqlıdır. Biz marketlərdə vaxtı keçmiş yararsız məhsulların çıxarılmasını, bir yerdə toplanmasını və qətiyyən istehsalçıya qaytarılmamasını təklif etmişik. Onlar sənədləşdirilsin, məhv edilmə proseduru həyata keçirilsin".
E.Hüseynov diqqətə çatdırıb ki, marketlərdə peçenyələr, konfetlər yeşiklərdə satılır. Əksəriyyəti yararlılıq müddəti bitmiş məhsullardır:
"Ciddi məsələlərdən biri hökumətin istehlakçıları qorumaması, biznes sahiblərini himayə etməsi səhv siyasətdir. Məmurlar fəal olaraq bizneslə məşğul olur. Qanunların ayaq altına atılmasında böyük rol oynayırlar. İki il öncə məşhur biznesmen Abdulbari Gözəl demişdi ki, məmurlar biznesdən əl çəkməlidir. Ona media orqanlarında çox hücumlar oldu. Lakin A.Gözə düz deyirdi. Qanunlar ayaq altına atıldığı, məmurlar bizneslə məşğul olduğu, insanların sağlamlığı düşünülmədiyi müddətcə vəziyyət belə olacaq. Azərbaycan vətəndaşları apteklərdə, klinikalarda növbədə dayanacaq. Hipokratın bir ifadəsi var, "biz nə yeyiriksə oyuq". Bu cür kolbasalar təkcə Göyçayda yox, ölkənin hər yerində var. Lakin "bəzədilib" istehlakçıların boğazına tıxanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region