Fransan bölgəni qarışdırmaq üçün bütün variantlardan istifadə edir - ŞƏRH
Yusif Nəzərli
13:53 18.06.2024
Aktual
748
Fransa Ermənistana SEZAR (CAESAR) haubitsalarını verəcək.
Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X hesabında bildirib.
"SEZAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib.
Qeyd edək ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransa üzərinə Ermənistanı silahlandırmaqla bağlı öhdəlik götürüb:
“Yəni bu qeyri-rəsmi bir öhdəlikdir. Fransan bölgəni qarışdırmaq üçün əlində olan bütün variantlardan istifadə edir. Bunu isə Ermənistanın vasitəçiliyi ilə həyata keçirməyi planlaşdırır. 44 günlük Vətən müharibəsindən sonra sözügedən proses daha da sürətlənib. Makron höküməti digər xarici siyasətində məğlubiyyətə düçar olduğu kimi, Ermənistan siyasətində də Fransa uduzur. Makronun qarşısında Rusiya kimi böyük qüvvə dayanır. Fransa nə qədər çalışsa da, Rusiyanı Ermənistandan çıxara bilməz. Sadəcə olaraq Fransa güclü ölkədir, böyük tarixi var və müdafiə arsenalı çox yaxşıdır. Ermənistan da bundan maksimum dərəcədə istifadə etməyə çalışır. Ona görə də müxtəlif silahlar almaqla öz Silahlı Qüvvələrini yaxşılaşdırmağa çalışır. Ümumilikdə isə bu məsələ Fransanın ziyanınadır. Əgər Paşinyan höküməti Ermənistanda tamamilə Rusiyanın hərbi gücünü Fransa ilə əvəzləmək istəyirsə, Moskvadan çox sərt reaksiya görəcək. Ermənistanın daxilində kifayət qədər güclü şəkildə Rusiyanı təmsil edən “5-ci kalon” var. Bunlar isə, əsasən, ordu və kilsə içindədir. Rusiya hazırda kilsə içində olanları hərəkətə gətirib. Rusiya lazım olanda ordu içərisindəki təmsilçilərindən də istifadə edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial