Gorus-Qafan yolunda postun qurulması Tehranla, Moskvanı narahat edir
23:26 17.09.2021
Aktual
595
Rusiyanın üstünlüyünə imkan vermək olmaz
Azərbaycan sərhəd məsələsində Ermənistanla birbaşa dialoq qurmalıdır
"Moskva Bakı və Yerevana Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası prosesinə dair təkliflərini verib və “cavab gözləyir”. Bu ifadələr Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən səsləndirilib. XİN sözçüsü Moskvanın Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti yaxından izlədiyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin sürətlənməsinin zəruriliyini anlayır: “Rusiyanın bununla bağlı təklifləri həm Bakıya, həm də İrəvana təqdim edilib. Biz gələcək kursun formalaşdırılması üçün tezliklə cavab gözləyirik”. Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi üçtərəfli razılaşmaların icrasına müvafiq olaraq bölgədə iqtisadi və nəqliyyat əlaqələrini paralel inkişaf etdirmək üçün Azərbaycan və Ermənistanla birgə səylərini davam etdirəcək. Məlumdur ki, bir neçə gündür ki, Ermənistanın Gorus-Qafan avtomobil yolunun Azərbaycandan keçən hissəsində İran nömrəli yük maşınları saxlanılır və onlardan rüsum tələb olunur. Üç gün öncə Azərbaycan polisi bu yolda İrandan gələn iki yük maşınının sürücüsünü saxlayıb. Daxili İşlər Nazirliyi sürücülərin Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçdiyini bildiriblər.
Mariya Zaxarovanın açıqlamasını “Şərq”ə analiz edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Moskvanın sərhədlərin delimitasiyası ilə bağlı son günlər səsləndirdiyi ardıcıl bəyanatlar bir sıra mətləblərdən xəbər verir. Analitik bildirib ki, Azərbaycanın Gorus-Qafan yolu üzərində post qurması, İrandan gələn maşınları saxlaması Ermənistanla yanaşı, Rusiya və İranı da ciddi narahat etməkdədir:
“Moskva israrla bəyan edir ki, sərhədlərin delimitasiya prosesi yekunlaşmalıdır. Bunun üçün tərəflərə təkliflər verdiklərini vurğulayırlar. Əsas məsələ sərhədlərin konkret hansı xəritələrə əsasən müəyyənləşməsidir. Sovet dövrünün xəritələrində iki ölkənin sərhəd xətləri nisbi də olsa müəyyən olunmuşdu. Sözün açığı, indiki Rusiyanın Azərbaycan-Ermənistan sərhədində nə qədər ədalətli və obyektiv olacağı bizim üçün şübhəlidir. Kremlin ermənilərin mövqeyini müdafiə etməsi sirr deyil. Rusiya sərhəd mövzusunda özünü prosesə cəlb etməklə tərəflər üzərində üstünlük əldə etməyi planlayır. Bu isə problemin həllini istəmək deyil”.
S.Hümbətov vurğulayıb ki, Azərbaycan sərhəd məsələsində Ermənistanla birbaşa dialoq qurmalı, üçüncü tərəfin vasitəçiliyinə imkan verməməlidir. Xüsusən, Rusiyanın vasitəçiliyinə qətiyyən şərait yaratmamalıyıq: “Təcrübə göstərir ki, Moskvanın burnunu soxduğu heç bir problemin həlli mümkün olmayıb. Əksinə, məsələ daha da gərginləşir və həlli uzanır. Rusiyanın Bakıya təkliflərinə gəldikdə isə Moskva İrəvanı nəyəsə razı salmaq müqabilində Azərbaycandan Qarabağdakı “sülhməramlıları”nın mandatının müəyyən olunmasını istəyə bilər. Kreml üçün “sülhməramlıların” statusunun müəyyənləşməsi vacibdir. Yaxud rəsmi Bakıdan təminat almaq istəyir ki, Azərbaycan Laçın dəhlizində hansısa post qurmayacaq. Hər halda Rusiyanın istəklərindən asılı olmayaraq, rəsmi Bakının mövqeyi və tələbi bəllidir. Sərhəd məsələsi sovet dövrünün xəritələri əsasında olmalı və atılan addımlar ədalət prizmasından kənara çıxmamalıdır. Düşünürəm ki, bu məsələdə Türkiyə ilə birlikdə hərəkət etməyimiz daha məqsədəuyğun olardı”.
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol