Gürcüstanda məscid tikmək çoxdanın problemidir
Yusif Nəzərli
08:14 13.05.2022
Aktual
608
Gürcü millətçiləri ermənilərin təsiri ilə soydaşlarımıza maneə yaradırlar
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Axlı Lələ kənd sakinləri məscid tikintisinə icazənin verilməməsi səbəbi ilə etiraz aksiyası keçiriblər. Sakinlər bir ildən çoxdur ki, kənddə məscidin tikintisinin qarşısının alınması məqsədilə süni əngəllərin yaradıldığını bildiriblər. Aksiyaya Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və idarənin digər əməkdaşları da dəvət olunublar.
Hacı Ramin İgidov sakinlərlə görüşü zamanı qeyd edib ki, bugünədək istər Marneuli meriyası, istərsə də digər aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilərək məscidin tikintisi üçün icazə istənilib. Lakin bir sıra süni problemlər əsas gətirilərək tikinti işləri dayandırılıb. O əlavə edib ki, Gürcüstan Müsəlmanları İdarəsinin sonuncu məktubuna Marneuli meriyasından verilən cavabda bildirilib ki, tikinti aparılan ərazisi kənd təsərrüfatı təyinatlıdır və məscidin tikilməsi üçün əvvəlcə ərazinin təyinatı dəyişdirilməlidir.
Hacı Ramin İgidov bu tələbin yerinə yetirilməsindən sonra başqa maneələr çıxarılmayacağına ümidvar olduğunu qeyd edib.
Mövcud problemlə bağlı “Şərq”ə danışan ilahiyyatçı Tural İrfan bildirib ki, Gürcüstanda məscid tikmək əzəldən problem olub. Ekspert vurğulayıb ki, gürcü millətçiləri ermənilərin təsiri ilə soydaşlarımıza maneə yaradırlar: “Hətta kəndlərin adlarını gürcüləşdirib, girişlərə xaç basdırıblar. Məscidin yarımçıq qalmasına etiraz edən sakinlər Avropa məhkəməsinə qədər getməlidir. Qərar müsbət olarsa, presedent yaranar və sonrakı dönəmdə belə problem yaşamazlar. Avropa demokratiyasına yaxınlaşmağı hədəf alan Gürcüstanın dini azadlıqları məhdudlaşdırması özü beynəlxalq qanunlara ziddir. Həmçinin, gürcü parlamentində məsələ qaldırılmalıdır.
Azərbaycan hökuməti də məsələnin həlli üçün müvafiq addımlar ata bilər. Amma bir məqam var ki, son zamanlar Gürcüstanda İranın təsiri həddən artıq artıb. Oradakı soydaşlarımız arasında məzhəbçilik, anti-türk təbliğatı din pərdəsi altında aparılır. Ola bilsin, sözügedən məscid məhz İran dəstəyi ilə tikilir. Dəqiq bilmirəm. Hər halda baxmaq lazımdır ki, tikilməsinə niyyətlənilən o məscid İran təbliğatı üçün tikilir, yoxsa məzhəb fərqi qoyulmadan Allah üçün, millət üçün tikilir?! Ola bilsin, Gürcüstan hökuməti özü də İran təbliğatının artmasından narahatdır. Ona görə də belə süni maneələr yaradılır. Yaxud əksinə, vəhhabi təmayüllü dini ibadətgahlar da birliyə, milli təfəkkürə zidd olur.
Əgər söhbət yerli əhalinin yan təsirlər olmadan inşa etmək istədiyi məsciddən gedirsə, əlbəttə, buna qarşı maneə yaratmaq doğru deyil. Gürcüstan hökuməti Azərbaycan dövlətinin onlara etdiyi güzəştləri, yardımı, dostluğu unutmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya